• Travino balıqlı piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 139

Tarix : 25-11-2015, 22:00

Bölmə : Balıq yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

150 q marqarin
2 st. süd
50 q bitki yağı
1 x.q. xama
2 yumurta
1 ç.q. duz
3 x.q. şəkər tozu
1 kubik yaş maya (kibrit qutusu boyda)
un

İç üçün:
600 q balıq qiyməsi
1 baş soğan
duz
istiot
600 q kələm
2-3 dəfnə yarpağı
bəzək üçün - 1 yumurta

Hazırlanması:
150 q marqarini əridin, 2 st. süd, 50 q bitki yağı, 1 x.q. xama, 2 yumurta, 1 ç.q. duz, 3 x.q. şəkər tozu, maya əlavə edib əlüstü xəmir yoğurun. İsti yerə qoyun. Gələnədək iki dəfə ətləyin.

İç: soğanı xırda doğrayıb qızılı rəng alanadək qovurun.

600 q balıq qiyməsi əlavə edin (durnabalığı, tar, karp - istənilən birini seçə bilərsiniz, ət maşınından iki dəfə keçirin), duz, istiot vurun, qarışdıraraq qovurun.

Kələmi xırda doğrayın, bir hissəsini qiyməyə əlavə edin, qarışdırın, qalanını da əlavə edib, duz-istiot vurun, tavanın qapağını örtün. 4 dəqiqə bişirin, bu müddətdə kələm aşağı yatacaq, qapağı açın, qarışdırın, 2-3 dəfnə yarpağı əlavə edin, tam bişirin.

Qiyməni şirəsini tam çəkənədək bişirmək lazımdır, nə bir dəqiqə az, nə bir dəqiqə çox. Əgər içində su qalsa, xəmir sulanıb yaxşı bişməyəcək. Qiymə lap quru olsa, onda piroq da bərk çıxacaq.

Xəmiri iki yerə bölün, yayın, birini siniyə döşəyin. Qiymənin içindən dəfnə yarpaqlarını çıxarıb xəmirin üstünə döşəyin.

Xəmirin qalanını üstünə çəkin, xəmir qırıqları ilə bəzəyin, yarım saat şişməsi üçün saxlayın. Üzərinə yumurta çəkib 180-200 dərəcə qızdırılmış sobada təxminən yarım saat bişirin. Çıxarıb üzərinə sü səpin, təmiz dəsmala bükün. Sonra doğrayıb süfrəyə verin.

Travino balıqlı piroq resepti - FOTO RESEPT

Travino balıqlı piroq resepti - FOTO RESEPT

Travino balıqlı piroq resepti - FOTO RESEPT

Travino balıqlı piroq resepti - FOTO RESEPT

Travino balıqlı piroq resepti - FOTO RESEPT

Travino balıqlı piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, yumurta, dəfnə, xəmir, bişirin, istiot, dəqiqə, bitki, qovurun, yarım, qarışdırın, vurun, xırda, döşəyin, doğrayıb, qalanını, yarpağı, qiyməsi, balıq, üstünə
BİZİ İZLƏYİN