Tərkibi:1 suf balığı
8 xırda pomidor
2 yerkökü
4 bolqar bibəri
2 soğan
kəvər
kərəviz kökü
1 baş sarımsaq
1 çili istiotu (yaxud acı istiot)
göyərti
Hazırlanması:Balığın başını kəsin, yuyun, bıçaqla filesini ayırın.
Bulyon üçün: balığın sümüklərini, quyruğunu, başını (bir sözlə, artıqlarını) bir qazana yığın, su tökün, qaynamağa qoyun. Kəfini yığandan sonra kəvər, yerkökü və çili istiotu əlavə edin. Vam odda bişirin. Süzün.
Soğanı xırda doğrayın. Tavada qızardın. Xırda doğranmış yerkökünü, kərəvizi, şirin və acı bibərləri əlavə edin. Yumşalanda doğranmış pomidorları əlavə edin. Suyunu azca çəkəndən sonra göyərti və bir baş sarımsağın yarısını təmizləyib, xırdalayıb əlavə edin.
Bulyonu tavaya əlavə edin. Duz vurun. Qazanın qapağını örtüb, 15-20 dəqiqə qaynadın. Balığın filesini doğrayıb əlavə edin. 5-7 dəqiqəyə bişəcək. Ocaqdan götürüb üzərinə doğranmış göyərti və sarımsaq əlavə edin.
Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, göyərti, Balığın, istiotu, filesini, sarımsaq, başını, sonra, xırda, yerkökü, kəvər, çəkəndən, pomidorları, Suyunu, sarımsağın, təmizləyib, yarısını, Yumşalanda, bibərləri