• Krevetkalı balıq boxçası resepti

Reseptin məlumatları Baxış sayı: 16 353

Tarix : 1-06-2014, 12:47

Bölmə : Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Əl böyüklüyündə ağ ətli bir balıq (amma bütün sümükləri çıxarılmış olaraq hazırlanmış)
10-15 ədəd kiçik krevetka
5 xörək qaşığı zeytun yağı
1 ədəd kiçik ölçülü quru soğan ya da 1 budaq yaşıl soğan (çox incə doğranmış)
2 xörək qaşığı incə doğranmış cəfəri
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
8-10 ədəd hazır kvadrat xəmir
2 ədəd yumurta sarısı

Bəzəmək üçün:
Kahı yarpaqları
Sarı, qırmızı balaca pomidorlar

Hazırlanması:
Əvvəl içliyi hazırlamaq üzrə, bir tavaya zeytun yağını tökün. İsinən kimi incə doğranmış quru ya da yaşıl soğanları əlavə edib, 1 dəqiqəyə qədər qovurun.
Sonra da balaca kub-kub doğradığınız balıqlarla krevetkaları içinə əlavə edib, 5-6 dəqiqə daha bişirməyə davam edin. Ən sonda ocaqdan göttürün, içinə doğranmış cəfərilərlə birlikdə duz və qara bibəri əlavə edib, bir kənarda soyumağa qoyun.
Digər yandan kvadrat xəmirlərini otaq istiliyində yumşadın. Amma çox həll istilətməyin. Xəmirlərin ortasına 1,5 xörək qaşığı qədər balıqlı, krevetkalı içlikdən qoyub, dörd ucunu zərf kimi bağlayın. Sonra da yağlanmış soba tərs tərs çevirərək yerləşdirin. Bir tərəfdən də bir xəmiri yarım sm-lik lentlər halında kəsin. Bu lentləri boxçaların üzərinə çarpaz şəkildə yerləşdirin.
İndi də çırpılmış yumurta sarılarını fırçayla sürtərək, 175 dərəcəyə nizamlı sobaya boxçaları qoyun.
Təxminən 25 dəqiqə sonra, üzəriləri qızıl sarısı kimi qızaran boxçaları sobadan çıxarın. Servis qabının altına kahı yarpaqlarını sərib, boxçaları üzərinə yerləşdirin.

Nuş olsun!
Etiketlər: qaşığı, doğranmış, boxçaları, xörək, yerləşdirin, əlavə, yaşıl, balaca, dəqiqə, sarısı, yumurta, kvadrat, soğan, içinə, zeytun, qoyun, üzərinə, qədər, Sonra, kiçik
BİZİ İZLƏYİN