• Balıq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 15 153

Tarix : 3-01-2016, 15:00

Bölmə : Balıq yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 st. qatıq
1 yumurta
1 st. un
0,5 ç.q. soda

iç:
1 banka balıq konservi (yağda)
2 bişmiş yumurta
göyərti - zövqə görə
50 q pendir

Hazırlanması:
Xəmir üçün olan ərzağı qarışdırıb yağlanmış tavaya tökün.
Balığı yağdan çıxarıb çəngəllə əzin, xırda doğranmış bişmiş yumurta və göyərti ilə qarışdırın.
İçi xəmirin üzərinə yayın (kənardan azca yer saxlayın).
Formanı 200 dərəcə qızdırılmış sobaya qoyun, 20 dəqiqə bişirin. Pendiri sürtgəcin xırda gözündən keçirin.
Piroqu çıxarıb üzərinə pendir səpin. Sonra daha 5 dəqiqə bişirin.
Piroq həm isti, həm də soyuq halda dadlıdır.

Nuş olsun!
Etiketlər: yumurta, pendir, xırda, çıxarıb, dəqiqə, bişirin, göyərti, bişmiş, üzərinə, qoyun, saxlayın, Formanı, sobaya, qızdırılmış, dərəcə, Pendiri, keçirin, soyuq, halda, dadlıdır
BİZİ İZLƏYİN