• Balıq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 065

Tarix : 2-05-2015, 19:00

Bölmə : Balıq yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
tənək yarpağı
6 skumbriya
1 soğan
4 göbələk
1 iri pomidor
6 dəfnə yarpağı
2 cəfəri budağı
2 diş sarımsaq
1 ç.q. kərə yağı
0.5 armudu st. zeytun yağı
duz
istiot

balıq bulyonu üçün:
skumbriyanın sümükləri
2 yerkökü
1 soğan
2 dəfnə yarpağı
2 dilim limon
5-6 cəfəri budağı
8 st. su
1 st. ağ şərab

tomatlı sous:
1 st. ağ şərab
0.5 armudu st. zeytun yağı
5 su st. balıq bulyonu
1 ç.q. un
1 ç.q. kərə yağı
1 x.q. qaymaq
1 pomidor

Hazırlanması:
Skumbriyaların filesini ayırıb yaxşıca yuyun. Bulyon üçün sümükləri bir qazana yığın, iri doğranmış yerkökü, soğan, dəfnə yarpağı, limon, cəfəri, su və 1 st. ağ şərabı əlavə edin. Orta itilikli odda 1 saat qaynadıb süzün.
Başqa qazanda 0.5 armudu st. zeytun yağı və 1 ç.q. kərə yağını qızdırın, un əlavə edib saralanadək qovurun. 1 st. ağ şərab və balıq bulyonunu əlavə edin. Qaynadıb süzün, qaymaqla qarışdırın.
Pomidoru soyun, dənələrini çıxarın, kubik doğrayıb "ölənədək" tavada bişirin, sousa əlavə edin. Duz, istiotunu vurub bir kənara qoyun.
Balıq filesini duzlayıb-istiotlayın, yapışmayan tavada yağsız yüngül qızardın.
Soğanla göbələyi halqa, pomidoru kubik, sarımsağı xırda doğrayın. Dəfnə yarpaqlarını isladın.
Yapışmayan tavaya kərə və zeytun yağını töküb qızdırın. Sarımsaq və soğanları qovurun, Göbələk və dəfnə yarpaqlarını əlavə edib qarışdırın. Cəfərini doğramadan əlavə edin, duz vurun.
Tavanı ocaqdan götürün.
Tənək yarpaqlarını yanaşı sərin (saplaqlarını kəsin). Yarıbişmiş skumbriyaları üzərinə qoyun, qovrulmuş tərəvəzdən üstünə yerləşdirin. Yarpaqların kənarlarını qatlayaraq balıqları bükün. Açılmaması üçün kənarlarını diş çöpü ilə bərkidə bilərsiniz. Yapışmayan tavaya az miqdarda yağ tökün. Balıqların hər iki üzünü vam odda qızardın.
Boşqaba tomat sousu yayın, balıqları üzərinə qoyub süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, zeytun, dəfnə, yarpağı, armudu, balıq, şərab, cəfəri, yarpaqlarını, soğan, filesini, qovurun, qoyun, qızdırın, üzərinə, süzün, kənarlarını, balıqları, kubik, yağını
BİZİ İZLƏYİN