• Balıq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 25 966

Tarix : 26-09-2016, 13:00

Bölmə : Balıq yeməkləri / Dolmalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Balıq əti – 150q
Soğan - 10q
Üzüm yarpağı – 45q
Keşniş - 20q
Qatıq -50q
İstiot və duz

Hazırlanması:
Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur.

Nuş olsun!
Etiketlər: bükülüb, qazana, yığılır, Üzərinə, qiymə, birinə, kəsilir, qaynar, pörtülür, Yarpağın, balığın, sümüklərindən, yanına, qatıq, qoyulur, olsun, verdikdə, Süfrəyə, hazırlanmış, bulyon
BİZİ İZLƏYİN