• Balıq katleti resepti

Reseptin məlumatları Baxış sayı: 17 791

Tarix : 11-07-2016, 14:00

Bölmə : Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd palamut balığı
2 baş soğan
2 dilim bayat çörək
3 ədəd yumurta
1 kiçik dəstə cəfəri
2 qəhvə fincanı zeytun yağı
kifayət edəcək qədər duz, qara bibər
1 çay stəkanı un

Hazırlanması:
Palamutları təmizləyin.
1 ədəd soğanı dörd parçaya bölərək bolca suda yaxşıca qaynadın.
Balıqları sudan çıxarıb ətləri pullarından ayırın.
İsladılmış və sıxılmış çörək içi, rəndələnmiş soğan, 1 yumurta, duz, qara bibər və doğranmış cəfərini qataraq yaxşıca yoğurun.
Yoğrulan bu qarışıqdan qoz böyüklüyündə parçalar alıb ovuc içində yumru kotletlər edərək una bulayın.
Qalan iki yumurtanı çırpın.
Una bulanmış katletləri yumurtaya bulayıb qızdırılmış yağda tavanın sapından tutub yelləyərək qızardın.
Yanında soğan, cəfəri əlavə edərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: soğan, edərək, yumurta, yaxşıca, bibər, çörək, cəfəri, bulayın, yoğurun, qataraq, Qalan, çırpın, yumurtanı, Yoğrulan, kotletlər, parçalar, böyüklüyündə, bulanmış, içində, yumru
BİZİ İZLƏYİN