• Balıq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 18 270

Tarix : 16-08-2014, 15:00

Bölmə : Balıq yeməkləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

100 ml süd (əvvəlcədən 30 dərəcə C qızdırılmış)
10 q yaş maya
1 yumurta
2 x.q. şəkər tozu
1 ç.q. duz
70 q yumşaldılmış kərə yağı
370 q un

İç:
600 q forel filesi
120 q motsarella
1 qırmızı bibər
1 orta boy pomidor
cəfəri
duz
istiot

Hazırlanması:
Mayanı süddə əridin, şəkər tozu, duz, yağ, yumurta, un əlavə edib xəmir yoğurun.

Üzərini örtüb soyuducuda ən azı 3 saat saxlayın.

Xəmirin həcmi təxminən 2 dəfə artandan sonra soyuducudan çıxarıb daha 1 saat otaq temperaturunda saxlayın.

Xəmiri 0,6 sm qalınlıqda yayın. Kənardan 3,5 sm saxlamaqla dairə boyu 2,5 sm qalınlıqda doğranmış balığı düzün. Xəmirin ortasını kəsin, kənarlarını balığın üstünə örtüb kənarlarını bərkidin.

Bunu 4 sm tərəfi olan tikələrə doğrayın və hər bir tikəni 90 dərəcə çevirin (balıqlı tərəfi üzü yuxarı olmaqla). Tavaya düzün.

Balığın qalanını xırda doğrayıb piroqun ortasına qoyun.

Balığın üstünə fal-fal doğranmış pomidor, halqa doğranmış bibər düzün, duz, istiot səpin, üzərinə motsarella dilimləri düzün.

İsti yerdə 30 dəqiqə saxlayın.

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişməyə qoyandan 20 dəqiqə sonra piroqun üzərinə yumurta sarısı çəkin.

Nuş olsun!
Etiketlər: düzün, yumurta, saxlayın, dərəcə, dəqiqə, doğranmış, örtüb, üzərinə, tərəfi, piroqun, Balığın, qalınlıqda, sonra, Xəmirin, istiot, şəkər, motsarella, kənarlarını, qızdırılmış, üstünə
BİZİ İZLƏYİN