• Qızıl balıqdan sendviç resepti

Reseptin məlumatları Baxış sayı: 3 796

Tarix : 6-05-2017, 21:00

Bölmə : Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qızıl balıq – 100 qr
Pomidor – 1 ədəd
Xiyar – 1 ədəd
Qırmızı baş soğan – 1 ədəd
Cəfəri
Kahı yarpaqları

Kokteyl sousu üçün:
Ketçup – 2 x.q.,
portağal və limon şirəsi – hərəsindən 1 x.q.

Hazırlanması:
Sousu hazırlamaq üçün portağal və limondan şirə sıxılır, üzərinə mayonez və ketçup əlavə edilib qarışdırılır. Çörəyin arası açılır, üzərinə xırda doğranılmış cəfəri səpilir, pomidor dilimləri ( su salmasın deyə içi çıxarılır), parçalara bölünmüş qızıl balıq, kahı yarpağı, halqavari doğranılmış xiyar, baş soğan (Acı və qoxulu olmasın deyə pərdələri çıxarılır, halqavari doğranılır, duzda ovxalanaraq acısı çıxarılır, iliq suda yuyulur və suyu tam çəkiləndən sonra sendviçə əlavə olunur. Ona görə də prosesə birinci soğanla başlayın) və sous əlavə olunub bağlanılır.

Nuş olsun!
Etiketlər: əlavə, çıxarılır, üzərinə, halqavari, portağal, doğranılmış, soğan, balıq, olmasın, qoxulu, pərdələri, duzda, doğranılır, xiyar, yarpağı, Pomidor, parçalara, bölünmüş, qızıl, ovxalanaraq
BİZİ İZLƏYİN