• Tuna balığı və ispanaqla piroq resepti

Reseptin məlumatları Baxış sayı: 14335

Tarix : 20.08.2014, 11:00

Bölmə : Balıq yeməkləri, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir (26 sm dm-li forma üçün):

400 q un
200 q kərə yağı
1 x.q. paprika
0,5 ç.q. duz
1 yumurtanın sarısı
buzlu su (tələb olunan qədər)
2 x.q. narın yulaf (üzərinə səpməyə)

İç:
1 banka öz suyunda tuna balığı (170 q)
0,5 şirin qırmızı bibər
kərəviz
1 soğan
2 x.q. qatı xama
1 x.q. sürtgəcdən keçirilmiş pendir
2 dəstə ispanaq
3 yumurta (1-i üzərinə çəkməyə)

Hazırlanması:
Un, paprika, duz və istiotu qarışdırın. Sonra kubik doğranmış yağı əlavə edib eynicinsli ovuntuq alınanadək qarışdırın.

Yumurta sarısını əlavə edin, qarışdırın, sonra çörək taxtasının üstünə qoyun, az-az buzlu su əlavə edərək xəmir yoğurun (hamar olsun, amma çox yoğurmayın ki, bişəndə qatları bilinsin). 2:1-ə nisbətində iki yerə bölün, hər birini qida plyonkasına büküb soyuducuya qoyun.

İspanağı yuyun, duzlu qaynar suya salın, rəngini dəyişəndən sonra çıxarıb aşsüzənə yığın, üstünə soyuq su tökün, sıxın, xırda doğrayın.

Kərəvizi, soğanı, qırmızı bibəri xırda doğrayıb tavada bir qədər kərə yağı ilə 5-7 dəqiqə qovurun. Doğranmış ispanağı əlavə edin, qarışdırıb ocaqdan götürün.

Xama və sürtgəcdən keçirilmiş pendir əlavə edin.

Xəmiri soyuducudan çıxarın. Otaq temperaturunadək qızandan sonra böyük xəmiri formanın içi ölçüsündə yayın. Formanın içinə qoyun (qıraqları azca çıxsın). Dibinə yulaf səpin.

Tuna balığının suyunu süzün. Çəngəllə əzin, ispanaq qovurması ilə qarışdırın. Yumurta, duz, istiot əlavə edib qarışdırın, xəmirin üstünə qoyun.

Xəmirin xırda hissəsini yayın, için üstündən qoyun, kənarlarını bərkidin. Bir yumurtanı çalın, piroqun üstünə çəkin.

230 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Üstü çox qızarar, içi bişməzsə, üzərinə folqa, yaxud perqament çəkin.

Bişəndən sonra azca soyudun, sonra doğrayın.

Nuş olsun!


Etiketlər: əlavə, qarışdırın, qoyun, sonra, üstünə, üzərinə, xırda, keçirilmiş, sürtgəcdən, çəkin, pendir, ispanaq, olsun, Yumurta, yayın, qırmızı, dəqiqə, yulaf, paprika, xəmir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN