Tərkibi:500 qr qiymə,
1 ədəd soğan,
duz, istiot
qırmızı istiot, kimyon,
yuxa
Sous üçün:
2 ədəd yumurta,
2 su st. süd,
1 su st. duru yağ
Üzəri üçün;
çörəkotu
Hazırlanması:Əvvəlcə qiyməli içlik hazırlanır. Bunun üçün xırda doğranmış soğanı yağda qovururuq. Üzərinə qiymə və ədviyyatları töküb, qarışdıraraq bişməyə qoyuruq.
Yuxanı açıb üzərini sousla isladırıq və zolaq formasında hazırladığımız içlikdən tökürük. Yuxanı büküb, gül şəklində dolayırıq. Bütün yuxaları bu qayda ilə hazırladıqdan sonra soba qabına yığırıq. Üzərinə qalan sousdan çəkib, çörəkotu səpirik. Əvvəlcədən qızdırılmış 185 dərəcə istilikli sobada bişiririk.
Nuş olsun!
Etiketlər: Yuxanı, Üzərinə, qiymə, çörəkotu, istiot, Bütün, yuxaları, hazırladığımız, dolayırıq, qayda, şəklində, tökürük, hazırladıqdan, büküb, içlikdən, qabına, dərəcə, qızdırılmış, istilikli, sobada