• Dadlı, ləzzətli ispanaqlı börek resepti

Reseptin məlumatları Baxış sayı: 20 991

Tarix : 15-08-2017, 17:00

Bölmə : Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
0.5 st. qatıq,
0.5 st. süd,
1 ədəd yumurta,
0.5 st. duru yağ,
maya,
un

İçlik üçün:
ispanaq,
yaşıl soğan (az miqdarda)

Sous üçün:
süd,
yumurtanın ağı,
qatıq,
əzilmiş pendir,
duru yağ

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, ələ yapışmayan xəmir yoğururuq. Acıması üçün 1-2 saat isti yerdə saxlayırıq. Xəmir hazır olduqdan sonra bərabər ölçülü kündələr tutub, nazik yayırıq. Yaydığımız lavaşların üzərinə sous çəkib, üst-üstə yerləşdiririk. Hər 3 qatdan sonra içlik qoyuruq. *Qeyd. İçliyi hazırlamaq üçün ispanaq və az miqdara göy soğanı doğrayıb, yağda yüngül qovururuq.

Son olaraq üzərinə yumurta çəkib, 180 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Etiketlər: Xəmir, üzərinə, ispanaq, çəkib, qatıq, yumurta, sonra, içlik, qoyuruq, yerləşdiririk, qatdan, lavaşların, yayırıq, Yaydığımız, İçliyi, soğanı, dərəcə, olaraq, istilikli, sobada
BİZİ İZLƏYİN