• Su börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 4 585

Tarix : 15-12-2017, 12:00

Bölmə : Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
5 hazır yufka
2 yumurta
100 qr. qatıq
150 ml. süd
100 ml. günəbaxan yağı
50 qr. kərə yağı
100 qr. ağ pendir
150 qr. ispanaq
duz

Hazırlanması:
Soba qabını kərə yağı ilə yaxşıca yağlayın, yoxsa yapışar.
Bir dərin qabın içinə yumurtaları qırın. Yumurtanın içinə süd, qatıq, günəbaxan yağı, kərə yağı əridib əlavə edin. Hamısını yaxşıca çırpın. Başka bir qaba pendiri sürtkəcdən keçiririk üstünə kəsilmiş ispanaq əlavə edib qarışdırırıq.
Bir yufkanı soba qabına elə yerləşdirin ki, qırağları çöldə qalsın. Axırxa bu qırağlarla biz üstünü bağlayacağıq.
Birinci yufkanın üstünə sous çəkin, üstən bir dənədə yufka sərin. O yufkanın üstünə pendirli ispanağı qoyun.
Sonra yufkalar üstə bir bir yığılır və aralarına sous sürülür. Son yufka düz şəkildə qoyulur və əvvəl saxladığımız birinci yufkanın qırağlarıyla üstü bağlayırıq. Qalan sousu üstünə qəzdiririk.
Börəyi 1-2 saat saxlasaz daha yaxşı olar. Ondan sonra 180 dərəcədə qızaranədək bişirin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: yufkalı, üstünə, yufka, yufkanın, yaxşıca, içinə, ispanaq, əlavə, günəbaxan, qatıq, yığılır, yufkalar, aralarına, şəkildə, bişirin, sürülür, Sonra, qoyun, üstən, çəkin, dənədə
BİZİ İZLƏYİN