• Su börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 1045

Tarix : 16.10.2017, 12:00

Bölmə : Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo un
150 qram kərə yağı
1 su stəkanı duru yağ
5 yumurta
Yarım kilo ağ pendir
Yarım dəstə cəfəri
Duz
Su

Hazırlanması:
Bir qaba tökdüyünüz unun ortasını hovuz kimi açın. Yumurtanı ortasına qırın, duzunu tökün, az-az su əlavə edərək yoğurmaya başlayın. Xəmir qatı olmalıdır. 10 dəqiqə ara verib təkrar yoğurun. Bir 10 dəqiqə daha yoğurduqdan sonra xəmiri 12 bərabər kündəyə ayırın.
Bu sırada içini hazırlayın. Pendiri rəndələyib nazik doğradınız cəfəri ilə qarışdırın.
Qazana su doldurub bir desert qaşığı duz tökərək qaynadın. Başqa bir qaba da soyuq su tökün. Bir tavada kərə yağını əridib duru yağla qarışdırın.
Kündələri bir-bir tava böyüklüyündə yayıb açın. İlk lavaşı tavaya sərin.
Açdığınız lavaşları bir-bir əvvəl isti suda bir dəqiqə qaynadın, sonra soyuq suya atın. Dərhal da bir süzgəclə çıxarıb tavaya sərin. Yağladıqdan sonra ikinci lavaşa keçin. Orta qata çatanda pendiri səpin. Son lavaşı qaynatmadan sərin, üzərini qalan yağla yağlayın.
Tavanı ocağa qoyub vam odda çevirərək bişirin. Altının bişdiyinə əmin olun. Üzərinə başqa bir tava keçirib alt-üst etdikdən sonra digər tərəfini də vav odda bişirin.

Nuş olsun!

Etiketlər: sonra, dəqiqə, sərin, bişirin, tökün, qarışdırın, lavaşı, tavaya, soyuq, Yarım, yağla, cəfəri, qaynadın, süzgəclə, əridib, çıxarıb, ikinci, Dərhal, Yağladıqdan, Açdığınız
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica