• Pendirli kələm piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 312

Tarix : 23-12-2015, 13:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 st. un
1 ədəd yumurta
1 st. xama
100 q kərə yağı

İç üçün:
1 baş kələm
4 soğan
3 yumurta
1 st. süd
100 q pendir
100 q kərə yağı
duz

Hazırlanması:
Dərin qaba unu ələyin, yumurta, xama, yumşaldılmış kərə yağı əlavə edib xəmir yoğurun. Gəlməsi üçün isti yerə qoyun.
Soğanı və kələmi doğrayın. Kərə yağında qovurun. 20 dəqiqə sonra, kələm yumşalanda, iç hazır olacaq.

Xəmiri 2-3 mm qalınlıqda yayın. Siniyə döşəyin. İçi üzərinə qoyun. Pendiri sürtgəcdən keçirin. İçin üstünə səpin. Yumurtaları bir qaba qırın. Süd əlavə edib çalın. Pendirin üstündən tökün. Sobada 30-40 dəqiqə, üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, əlavə, dəqiqə, qoyun, kələm, sürtgəcdən, keçirin, üstünə, üzərinə, yayın, Siniyə, döşəyin, səpin, Pendiri, qırın, Sobada, qızaranadək, bişirin, olsun, tökün
BİZİ İZLƏYİN