• Yumurtalı kələm piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 099

Tarix : 28-12-2015, 14:00

Bölmə : Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş kələm
50 ml zeytun yağı
2 yumurta
270 q un
400 ml süd
1,5 x.q. iri duz
500 q un
22 q quru maya
2 x.q. şəkər tozu

Hazırlanması:
Ələnmiş unu yarım x.q. duzla, şəkər və quru maya ilə qarışdırın. Bu qarışığı otaq temperaturunda olan kərə yağı ilə yoğurun. İri şəkər tozu dənələri və ya çörək qırıntılarına bənzəyənədək yoğurun. 250 ml süd əlavə edib xəmir hazırlayın. 40 dəqiqə isti yerdə saxlayın.

Kələmi nazik doğrayın, 1 x.q. duzla qarışdırın, üstünə qaynar su tökün, 10 dəqiqə saxlayandan sonra süzün, sıxın. Dərin tavada 20 q kərə yağı və zeytun yağının qarışığında kələmi qovurun. İti odda 10 dəqiqə qovurduqdan sonra, ocağı azaldın, süd əlavə edib 20 dəqiqə bişirin. Tez-tez qarışdırın, dadına baxaraq duz əlavə edin. Bişəndən sonra soyudun.

2 yumurtanı suda bişirin.

Gəlmiş xəmiri iki yerə bölün, un səpilmiş lövhənin üstündə nazik yayın.

Siniyə xəmiri döşəyin. Qovrulmuş kələmi və xırda doğranmış bişmiş yumurtanı üstünə bərabər qaydada yayın. Xəmirin o biri yarısını üstünə örtüb, qıraqlarını birləşdirin. Çəngəllə və ya bıçaqla üstündə bir neçə deşik açın. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə, üstü qızaranadək bişirin. Əvvəlcədən üstünə yumurta sarısı çəkə bilərsiniz.
Yumurtalı kələm piroqu resepti

Yumurtalı kələm piroqu resepti


Nuş olsun!
Etiketlər: qırıntılarına, dəqiqə, üstünə, qarışdırın, əlavə, bişirin, sonra, şəkər, kələmi, üstündə, yayın, xəmiri, yumurta, yumurtanı, nazik, yoğurun, duzla, zeytun, bişmiş, xırda, doğranmış
BİZİ İZLƏYİN