• Yuxalı pendirli börək resepti

Reseptin məlumatları Baxış sayı: 3 733

Tarix : 17-05-2018, 12:00

Bölmə : Börəklər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
yuxa
ağ pendir

Səbzi:
pazı başı və ya ispanaq

Qızartmaq üçün:
yağ

Hazırlanması:
1. Göyü əvvəldən yuyun və sərin ki ,suyu çəkilsin. Xırda doğrayın.
2. Pendiri 10 dəq əvvəl duzlu sudan çıxardın bez üstünə ki, suyu biraz çəkilsin. Çox nəmli olanda yuxanı isladır, cırır. Sonra pendiri çəngəllə əzin. Bura doğranmış göyü əlavə edin. İçlik hazırdı.
3. Yuxanı ortadan 4 yerə bölün və 3künclər əldə edin. Hər 3küncün enli tərəfinə biraz pendir və göyərti qoyun, mütəkkə kimi bükün.
4. Tavaya yağ tökün isidin. Yuxanı soyuq yağa qoysanız bütün yağı canına çəkəcək. Tavanın altı ortadan biraz gur olmalıdır. Börəkləri qoyun yağa və hər 2 üzünü nar kimi qıp-qırmızı qızardın.Yaxşı qızaran yuxa ağızda xırtıldıyır, ləzzətli olur
Yuxa tez qızarır, ağlınızı kartofa verməyin, odurki qızaran zaman yanından uzağa çəkilməyin, yoxsa börəklər yanar.

Nuş olsun!
Etiketlər: biraz, Yuxanı, ortadan, pendir, qoyun, çəkilsin, qızaran, bütün, qoysanız, canına, çəkəcək, olmalıdır, Tavanın, çəkilməyin, yoxsa, Tavaya, yanar, börəklər, tökün, soyuqkən
BİZİ İZLƏYİN