• Qırma börək resepti

Reseptin məlumatları Baxış sayı: 3 264

Tarix : 11-05-2019, 12:00

Bölmə : Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 yuxa,
Yarım kq şor,
Yarım dəstə cəfəri,
1 yumurta,
1 kasa qatıq,
1 çay stəkanı duru yağ,

Üzəri üçün:
küncüt,

Hazırlanması:
Cəfərini yuyub təmizlədikdən sonra incə-incə doğrayın.
Doğradığınız cəfəriləri şor ilə qarışdırın.
Duzuna diqqət edin .
Digər yanda isə qatığı, yumurta və duru yağı bir çırpma teli vasitəsi ilə çırpıb qarışdırın.
Yuxaları düzgün bir yerdə sərin.
Əvvəlcə qatıqlı qarışımı bir-iki qaşıq ölçüsündə yuxanın üzərinə sürtün.
Bundan sonra isə cəfəri və şor qarışımını yuxanın üzərinə yayın.
Yuxaların iki qarşılıqlı ucunu bir birinin üzərinə gələcək şəkildə qapadın.
Ardından iki ucundan büzün.
Büzülən yuxalar 5-6 barmaq qalınlığında bıçaqla kəsin.
Altı azca yağlanmış bir fırın sinisinə yığın.
Bir-birinə yanaşı şəkildə içi dolu yuxalar alınır.
Üzərlərinə qatıqlı xərcdən qaşıq yarımıyla gəzdin.
Hətta üzəri üçün olan qarışıma bir az daha qatıq əlavə edin ki, qızardığında yumşaq və gözəl görünən, yumşaq bir börək əldə edə biləsiniz.
Üzərinə küncüt gəzdirərək, alt -üst qızarması üçün fırına verin.
Çıxartdıqdan sonra üzərinə barmağın uçlarıyla su səpərək bir bezlə üzərini örtüb bir sürə dincə qoyun.
Bununla da börəyiniz qurumadan, yumşaq bir hal almış olur.

Nuş olsun!
Etiketlər: üzərinə, sonra, yumşaq, Yarım, qarışdırın, yuxanın, qatıqlı, qaşıq, şəkildə, yumurta, qatıq, küncüt, yuxalar, cəfəri, qarışıma, üzəri, əlavə, yağlanmış, Hətta, qızardığında
BİZİ İZLƏYİN