• Kaytaz börəyi resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 15 456

Tarix : 26-02-2016, 10:00

Bölmə : Quru yeməklər / Börəklər / Video reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 paket quru maya (20 q)
1 armudu st. ilıq su
1 ç.q. şəkər tozu
1 su st. ayran
1 armudu st. bitki yağı
1 ç.q. duz
un (ala bildiyi qədər)

Yağlamaq üçün:
125 q kərə yağı
0,5 armudu st. bitki yağı

İç üçün:
250 q qiymə
1 soğan
1 x.q. tomat pastası
1 armudu st. su
1 ç.q. duz

Hazırlanması:
Xəmir:
Suyu, maya və şəkəri qarışdırın. Ayranı, bitki yağını və duzu əlavə edib qarışdırın, az-az un əlavə edərək xəmir yoğurun.
Üzərinə qida plyonkası çəkib 45 dəqiqə saxlayın.

İç:xəmir gələnədək içi hazırlayın. Soğanı xırda doğrayın, duz əlavə edib sıxa-sıxa qarışdırın, tomat pastasını və suyu əlavə edin, qarışdırın. Qiyməni əlavə edin, yaxşıca qarışdırın.
Zövqünüzə uyğun ədviyyatlar əlavə edə bilərsiniz.

Masanın üzərinə un səpin. Gəlmiş xəmiri 15 bərabər kündəyə bölün.
Bir kündəni götürüb 20 sm diametrində yayın. Kərə yağını əridin, üzərinə bitki yağını əlavə edib qarışdırın. Bu qarışıqdan yaydığınız lavaşın üzərinə çəkin. Lavaşın iki kənarını ağız-ağıza olmaqla ortaya doğru qatlayın.
Yağlayın. Uzun tərəfini ortaya doğru 2/3 hissəsindən olmaqla qatlayın, yağlayın. Sərbəst qalan tərəfi də bunun üzərinə qatlayın. Dördbucaq forma alacaq. Bir kənarda 15 dəqiqə saxlayın. Digər kündələri də eyni qaydada hazırlayın.

Sonra ilk hazırladığınız kündədən başlayaraq onları oxlovla bir qədər iri yayın (8-10 sm enində). Perqament qoyulmuşş siniyə yanaşı düzün. Üzərlərini yağlayın. Hər birinin üzərinə iç qoyun.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.



Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, üzərinə, bitki, armudu, qatlayın, dəqiqə, yağını, saxlayın, Xəmir, xəmir, hazırlayın, yağlayın, yayın, doğru, olmaqla, ortaya, qədər, tomat, kənarda
BİZİ İZLƏYİN