• Paşa börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 12990

Tarix : 27.12.2016, 14:00

Bölmə : Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2,5 st. un
1 yumurta
2 kubik ət bulyonu
0,5 kq qiymə
2 baş soğan
0,5 dəstə cəfəri
0,5 kq qatıq
3-4 diş sarımsaq
125 q kərə yağı
Duz
İstiot
Qırmızı istiot

Hazırlanması:
Unu ələyin, ortasını çalalayın. 1 yumurta qırın. Unun üzərinə duz səpin. 0,5 st. su əlavə edərək yoğurun.
Xəmiri yaş dəsmalın altında 10 dəqiqə saxlayın.
Soğanı qovurun, qiyməni əlavə edin, suyu çəkilənədək bişirin. Duz, istiot, qırmızı istiot, doğranmış cəfəri əlavə edin.
Xəmiri 5 bərabər kündəyə bölün. Hər birini 30 sm diametrdə yayın.
Bu yuxaları bol yağda qızardın. Sonra ət bulyonuna batırın. Siniyə bir qat yuxa, bir lay iç qoymaqla üst-üstə düzün.
Ən son yuxanın üzərinə 3-4 çömçə ət bulyonu tökün.
200 dərəcə qızdırılmış sobada 5-6 dəqiqə bişirin.
Sarımsağı doğrayıb qatıqla qarışdırın. 2 x.q. kərə yağını əridib qırmızı istiotu içinə tökün.
Sonra qatığı da, yağda qovrulmuş qırmızı istiotu da hazır börəyin üstünə tökün.

Nuş olsun!

Etiketlər: əlavə, qırmızı, tökün, istiot, bişirin, dəqiqə, Xəmiri, üzərinə, istiotu, bulyonu, yağda, Sonra, cəfəri, yumurta, çömçə, yuxaları, qızardın, düzün, dərəcə, bulyonuna
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN