• Qaynar Napoleon resepti

Reseptin məlumatları Baxış sayı: 26 261

Tarix : 26-05-2014, 12:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 bağlama hazır mayasız qat-qat xəmir
4 kartof
150 ml qaymaq (yağlılığı nə qədər çox olsa, yaxşıdır)
1 iri baş soğan
100 q pendir
300 q göbələk
1 dəstə göyərti
duz
istiot
2 x.q. bitki yağı

Hazırlanması:
Kartofu suda bişirin. İsti-isti püre halına salın, qaymaqla qarışdırın.

Soğanı yarımhalqa doğrayıb 2-3 dəqiqə bitki yağında qovurun. Göbələyi əlavə edib suyu tam quruyanadək bişirin.

Püre ilə göbələyi qarışdırın. Xırda doğranmış göyərti, duz-istiot əlavə edin, yaxşıca qarışdırın.

Xəmiri nazik yayın, 3, yaxud 4 dördbucaqlıya bölün. 200 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin. Azca qızarmalıdır.

Hamısı bişəndən sonra bir siniyə bir korju qoyun, üstünə içi yayın, sürtgəcdən keçirilmiş pendir səpin. Beləcə, digər korjları da qoyub üzərlərinə eyni qayda ilə iç və pendir yayın. Sonuncu layın üzərinə ancaq pendir səpin.

200 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: pendir, bişirin, dəqiqə, qarışdırın, yayın, səpin, istiot, göyərti, əlavə, dərəcə, qızdırılmış, bitki, sobada, siniyə, bişəndən, sonra, Hamısı, yaxud, dördbucaqlıya, bölün
BİZİ İZLƏYİN