• Lahmacun piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 13 049

Tarix : 27-01-2017, 14:00

Bölmə : Börəklər / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 ədəd kartof
- 1 çay qaşığı istiot
- 1 xörək qaşığı duz
- 1 fincan su
- 2 soğan
- 2 kündə xəmir
- 3 pomidor
- 5 ədəd bibər
- 125 qram yağ
- 500 qram ət qiyməsi

Hazırlanması:
Pomidorları kub şəkilində doğrayın. Soğan və kartofları rəndədən keçirin. Bibəri incə doğrayın. Üzərinə istiot və duz əlavə edib ət qiyməsiylə birgə qarışdırın. Xəmiri iki yerə bölün. İçərisinə içlikdən doldurub üzərini digər xəmirlə örtün. Ərimiş yağ və suyu qarışdırıb xəmirlərin üstünə yaxın. Xəmirləri soba qablarına sərib üzərinə yumurta sarısı sürtün. İsti sobada 200 dərəcədə bişirin. Süfrəyə isti-isti təqdim edin.

Nuş olsun!
Etiketlər: istiot, doğrayın, qaşığı, qarışdırıb, xəmirlərin, yaxın, Ərimiş, üstünə, xəmirlə, doldurub, üzərini, digər, Xəmirləri, örtün, sərib, dərəcədə, bişirin, Süfrəyə, təqdim, sobada
BİZİ İZLƏYİN