• Sarımsaqlı bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 778

Tarix : 6-02-2017, 16:00

Bölmə : Börəklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q un
1 ç.q. quru maya
1 ç.q. şəkər tozu
3 diş sarımsaq
250 ml süd
0,5 ç.q. duz
50 q kərə yağı
2 x.q. bitki yağı
1 dəstə göyərti
1 yumurtanın sarısı

Hazırlanması:
Unu ələyib maya, duz, şəkər tozu, bitki yağı və süd qataraq xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə yarım saat saxlayın.

Göyərtini doğrayın. Sarımsağı əzin. Yumşaldılmış yağ, göyərti və sarımsağı qarışdırın.

Xəmiri ətləyib kolbasa formasına salın. Sonra balaca kündələrə bölüb yayın. Hər yaydığınız kündənin ortasına iç qoyub dairəni 4 bükün (bir tərəfini o birinin üzərinə qatlayın, alınan "aypara"nı da ikiyə qatlayın). Üçbucaq formada olan bir neçə belə bulkanı bir keks (maffin) qabına qoyun. Üzərinə yumurta sarısı çəkin.

Xəmirin hamısını bu qaydada hazırladıqdan sonra 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Sarımsaqlı bulkalar resepti - FOTO RESEPT

Sarımsaqlı bulkalar resepti - FOTO RESEPT

Sarımsaqlı bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qatlayın, sarısı, Üzərinə, göyərti, şəkər, bitki, alınan, bulkanı, ayparaı, ikiyə, Üçbucaq, formada, birinin, dairəni, qoyub, bükün, tərəfini, maffin, üzərinə, yumurta
BİZİ İZLƏYİN