• Sobada siqara börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 29 101

Tarix : 8-08-2014, 23:25

Bölmə : Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 iri yuxa
1 x.q. marqarin
0,5 st. zeytun yağı
2 x.q. qatıq
2 yumurta
1 kasa ağ pendir
qara istiot
0,5 dəstə şüyüd
0,5 dəstə cəfəri

Hazırlanması:
Marqarini əridib azca soyudun. Zeytun yağı, qatıq, ilıq marqarin, 1 yumurta, qara istiotu qarışdırın.

Yuxalardan birinin üzərinə qarışığın yarısını yayın. İkinci yuxanı üzərinə yerləşdirib qarışığın qalanını üzərinə çəkinn.

Yuxanı 8 yerə bölün (8 üçbucaq). Bir qabda xırda doğranmış şüyüd, cəfəri, pendir və qara istiotu qarışdırın. Üçbucaqların üzərinə yerləşdirin, siqara böreyi kimi bükün. 1 yumurtanın sarısını çalıb üzərinə çəkin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!
Etiketlər: üzərinə, şüyüd, qarışığın, qarışdırın, dəstə, istiotu, cəfəri, qatıq, yumurta, marqarin, pendir, qabda, yumurtanın, bükün, siqara, doğranmış, Üçbucaqların, yerləşdirin, xırda, böreyi
BİZİ İZLƏYİN