• Pendirli-yerkökülü börək resepti

Reseptin məlumatları Baxış sayı: 21 709

Tarix : 26-05-2014, 14:33

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 x.q. yağ
3 yuxa (xəmir)
1 su st. süd
1 yumurta

İç üçün:
200 q ağ pendir
2 yerkökü
10 budaq cəfəri
0,5 armudu st. çörəkotu
1 x.q. pul bibər
duz (zövqə görə)

yağ (sinini yağlamaq üçün)

Hazırlanması:
Yağı əridin. Yumurta ilə südü çalın. Əridilmiş yağı əlavə edin.

İç: yerkökünü sürtgəcdən keçirin, əzilmiş pendir, doğranmış cəfəri, çörəkotu və pul bibər əlavə edib qarışdırın. Duz vurmazdan əvvəl dadına baxın ki, duzu çox olmasın.

Yuxanı açın, üzərinə yağ+yumurta+süd qarışığından çəkin. İkinci yuxanı üzərinə sərin, yenidən qarışıqdan çəkin. Üçüncü yuxanı da sərib qarışığın qalanını üzərinə yayın.

İçi yuxanın üzərinə bərabər qaydada çəkin. Rulet kimi bükün. Çalışın, sıx bükün. Belədə doğramaq asan olacaq.

Sinini yağlayın. Ruletdən barmaq qalınlıqda dilimlər kəsib siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!

Etiketlər: üzərinə, çəkin, bibər, əlavə, bükün, çörəkotu, yuxanı, pendir, cəfəri, yumurta, olacaq, Çalışın, doğramaq, Belədə, Rulet, yuxanın, qalanını, qarışığın, yayın, Sinini
BİZİ İZLƏYİN