Tərkibi:2 pomidor
1 banka qarğıdalı konservi
1 ç.q. karri tozu
4 x.q. qarğıdalı unu
125 q bərk pendir
4 yumurta
duz
istiot
Hazırlanması:Pomidorları ortadan bölün. Dənələrini çıxarıb xırda kubik doğrayın.
Qarğıdalının suyunu süzün. Pendiri sürtgəcin iri gözündən keçirin.
Qarğıdalı ilə pomidorları qarışdırın, karri əlavə edin.
Un, sonra pendir qatıb qarışdırın.
Yumurtaları çalın, duz-istiot vurub qarğıdalılı qarışığa əlavə edin. Yaxşıca qarışdırın.
Formanın içinə perqament döşəyin. Kütləni içinə töküb hamarlayın.
160-170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Soyutduqdan sonra doğrayın. Həm isti, həm soyumuş halda süfrəyə vermək olar.
Nuş olsun!
Etiketlər: qarışdırın, doğrayın, sonra, içinə, istiot, əlavə, qarğıdalı, pendir, karri, perqament, Kütləni, töküb, döşəyin, Formanın, vurub, qarğıdalılı, qarışığa, Yaxşıca, hamarlayın, qızdırılmış