• Mars planetinin xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 3 519

Tarix : 7-02-2018, 10:00

Bölmə : Bürclər


Cəsarət, şiddət, ehtiras, atəş, məcbur etmə, atılqanlık, tələskənlik, cazibə və həddindən artıq enerjili olma…

Mars qədim Romalıların döyüş tanrısı idi. Qədim astrologlar planetin şiddət və ani hirsi təmsil etdiyini düşünürdülər. İndiki vaxtda astroloqlar, Marsın ulduz xəritəsində daha çox cəsarət və enerji dərəcəsini göstərdiyini qəbul etməkdədirlər. Mars kişiyə xas bir planetdir. Mars, təcavüzkar, güclü, təşəbbüskar, enerjili, cəsur, yarışçı, cürətkar və qızdırmalı xüsusiyyətlər verir. Hər növ ehtiras, sağlamlıq, və liderlik qabiliyətini ifadə edir. Bütün kəsici alətləri, silahları, odu və yanıcı hər şeyi təmsil edir. Mars bədəndə isə cinsi ifrazat vəzlərini, əzələ sistemini, sidik yollarını, istehsal orqanlarını və böyrək üstü vəzləri idarə edir. Dayanıqlılıq və qərarlılıq tələb edən hər hansı bir hadisədə Marsın digər planetlərlə uyğunlaşması lazımdır. Mars yaxşı bucaqlar altında olduğu zaman az qala hər vəziyyətdə ayaqda qalmanızı və irəliləmənizi təmin edəcək gücə malikdir. Mars enerjisinin çox olduğu dövrlərdə hirs partlamaları və və qəza ehtimalları artar. Mars Zodiak ətrafındakı dövrünü iki ildə tamamlayır və hər bürcdə ortalama altı həftə qalır. Geri getdiyi zamanlarda isə eyni bürcdə 7-8 ay qala bilər. Astrologiyada Mars Qoç bürcünün hamisidir. Eyni zamanda Əqrəb bürcünün də ikinci hamisidir.
Etiketlər: bürcünün, təmsil, Marsın, bürcdə, hamisidir, enerjili, şiddət, olduğu, ehtiras, planetlərlə, zaman, digər, hadisədə, uyğunlaşması, lazımdır, bucaqlar, yaxşı, altında, vəziyyətdə, qərarlılıq
BİZİ İZLƏYİN