• Venera planetinin xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 2214

Tarix : 1.05.2018, 10:00

Bölmə : Bürclər


Eşq, gözəllik, sənət gücü, zəriflik, sülh sevərlik, şəhvət, bəzək, cazibə və seksilik…

Venera ya da digər adıyla Afrodita, cazibədarlıq, ehtiras, istək və sonsuz eşq ilahəsidır. İnsanların ilk çağlarında Venera, gəncliyi, dişiliyi və gözəlliyi göstərirdi. Venera duyğuları, eşq həyatını, şəhvəti idarə edir. Əfsanəvi dişi planet Venera eyni zamanda gözəlliyi, modanı, incəsənəti təmsil edir və həyatımızı gözəl şeylərlə doldurur. Musiqi dinləmək, ləzzətli yeməklər yemək, bihuşedici bir ətir iyləmək, möhtəşəm bir sərgi gəzmək ya da sevgilinizi başdan çıxartmaq üçün fürsətlər yaradır. Venera günəş kimi həyat verən bir planet deyil amma onsuz bir dünya qapqara və rəngsiz olardı. Venera zövqlərinə düşkündür. Lakin əxlaqi dəyərlərə əhəmiyyət verməz. Onu dayandıran isə Saturndur. Veneranın təsiri ilə zövqlərinizdə ifrata meyl edə bilərsiniz. Çox yemək yemək, içki içmək, çox pul xərcləmək ya da tez tez sevgili dəyişdirmək kimi sonradan peşman olacağınız hərəkətlər edə bilərsiniz. Merkuri kimi Venera da günəşə yaxındır. Hər bürcdə 2-3 həftə qalsa da geri getdiyi zamanlarda bir bürcdə 4 ay qala bilər. Venera Buğa və Tərəzi bürcünün hamisidir.


Etiketlər: Venera, yemək, gözəlliyi, bilərsiniz, bürcdə, planet, əxlaqi, Lakin, dəyərlərə, verməz, Saturndur, dayandıran, düşkündür, əhəmiyyət, rəngsiz, verən, həyat, günəş, yaradır, deyilsiniz
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN