• Yüksələn Şir

Reseptin məlumatları Baxış sayı: 580

Tarix : 21.03.2018, 10:00

Bölmə : Bürclər




Siz özünə güvənən birisiniz. Başqa insanların da sizi bəyəndiyini düşünərsiniz. Hətta bu mövzuda iddialı belə ola bilərsiniz! İnsanlar sizi süzürsə "Nə qədər gözələm" deyə düşünə bilərsiniz. Əslində daim maraq mərkəzi olmaq istəyərsiniz. Bəyənilmək, maraq görmək və təqdir edilmək sizin ruhi ehtiyacınızdır. Bunun tərsi vəziyyətdə sevinciniz qaçar və küsərsiniz. Ya meydandan qaçmaq ya da diqqəti cəlb etmənin yollarını tapmaq lazımdır. Güclü artistik qabiliyyətiniz sizə hər vaxt kömək edəcək. Çox inandırıcı olmağı bacarırsınız. Rəqib tanımadan istədiyiniz qılığa girə bilərsiniz. Bunun məqsədi də krallığınızı kimsəyə qapdırmamaqdır. Zirvədə qalmaq və istədiyi məqsədlərə çatmaq sizin üçün çox əhəmiyyətlidir. Yaradıcı istiqamətləriniz, sənət sahələriniz və tutumunuz vardır. Maraq duyduğunuz bir sahədə son dərəcə müvəffəqiyyətli ola bilərsiniz. Başqalarını təqlid etməkdən çox özünə xas bir anlayış gözə dəyər. Dəbdəbəli, görkəmli, canlı rənglərə sahib şeylər sizi çəkər. İşləri planlamada, başqa insanları istifadə etməkdə və işlətməkdə üzərinizə yoxdur. Yumşaq və mehriban görünməyinizlə bunu asanlaşdırarsınız. Sərt təsirləri olmayan bir Yüksələn Aslana kimsənin xeyr deməyə gücü çatmaz. Planladığınız işi yarıda buraxmaz və sonuna qədər apararsınız. Ayrıca sərt şərtlərdə çalışa bilər, cəld və girişkən ola bilərsiniz. Bu atəşli halınızla bəzən mühiti də pozarsınız amma, sonunda insanları razı salarsınız. Yenə də digər insanların bu dəli tempə uyğun gəlməsi çətin ola bilər. Siz eyni zamanda mərd, açıq sözlü və özünə həddindən artıq güvənən bir insan sayılarsınız. Özünüzə güvənməyiniz başqa insanların da sizə güvənməsini təmin edər. İnsanları yarı yolda buraxmazsınız və bu da sizin qazanmanızın səbəbidir. Sizə edilən yaxşılıqları da unutmayan bir xarakteriniz vardır. Ümumiyyətlə qürurlu olduğunuzdan etdiklərinizin bəyənilməməsindən xoşlanmazsınız. Kiçik görülməyə və tənqid edilməyə dözümünüz yoxdur. Hirsiniz çox qorxuncdur amma sizi itaətkarlıqla sakitləşdirə bilərlər ancaq. Həyat enerjiniz və həyata sevinciniz yüksəkdir. Həyatı dolu dolu yaşamaq istəyərsiniz. Əyləncə düşkünlüyü, qumar və tale oyunlarına meyl gözə dəyər. Fərziyyədən çox qaça bilməzsiniz. Zodiakın ən comərd insanları sizin aranızdan çıxar. Qüsur sayılarmı məlum deyil amma, sizin tək sevgili ilə kifayətlənməniz bir az çətindir! Ayrıca, təbiəti, gözəl olan şeyləri, rahatlıq və lüksü də çox sevərsiniz. Yüksələn Aslan bürcü sizə orta bir boy, geniş bir sinə, təmiz bir görünüş verər. Gənclikdə yay kimi hərəkətli bir bədəniniz olacaqdır. İllər keçdikcə daha ağır davranmağa başlarsınız. Saçlarınız açıq rənglidir və seyrəkdir. Gözlər mavi və ya uçuq boz ola bilər. Üzünüz yuvarlaq, əllər və ayaqlar bədənə nisbətlə kiçikdir.
Etiketlər: bilərsiniz, sizin, bilər, insanların, özünə, insanları, qədər, yoxdur, maraq, başqa, sevinciniz, istəyərsiniz, Bunun, dəyər, Yüksələn, güvənən, Ayrıca, vardır, olduğunuzdan, etdiklərinizin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN