• Yüksələn Tərəzi

Reseptin məlumatları Baxış sayı: 142

Tarix : 7.05.2018, 10:00

Bölmə : Bürclər


Nəzakətli, balanslı, həssas, nəzakətli, uyğun və düşüncəli bir insansınız. Döyüş və səs-küydən əsla xoşlanmazsınız. Ətrafınızdakılarla yaxşı dolanmağa çalışarsınız. Yumşaq və şirin dil ilə ilanı dəliyindən çıxartmağı bacaran bir insansınız. Səssizliyin ən yaxşı dərman olduğuna inanarsınız. Bütün bunlar sizin hər kəs ilə dost olacağınızı göstərməz. əksinə dostlarınızı çox yaxşı araşdırıb seçərsiniz. Ümumiyyətlə də dostlarınız zirvədə olanlar və ya sizin üçün lazımlı olan insanlardır. Ədalət duyğunuz çox inkişaf etmişdir və haqsızlığa dözə bilməzsiniz. Öz zərərinizə belə olsa haqqdan yana davranarsınız. Sizin üçün hər şeydən qabaqda gələn ədalətli olmaqdır Bildiyindən çaşmayan və yaxşı ilə pisi bir-birindən ayırd edən birisiniz. Verdiyiniz sözü yerinə yetirməyə çalışarsınız. Sakit təbiətəniniz və anlayışlı davranışınızla başqa insanlara güvən verərsiniz. Ümumiyyətlə insanlar sizi dinlər və fikirlərinizə dəyər verər. Siz də başqa birini qırmaq istəməz və onun dediyini edirmiş kimi görünərsiniz. Həyatda gözəl şeylər, ahəng, musiqi və sevgi əsas məqsədlərdir. Hiss sizin üçün o qədər əhəmiyyətlidir ki, bəzən qarşınızdakı insanda bunu ilk kəşfdə evlənməyə qalxarsınız. Sevgi basqın olunca məntiq ikinci planda qalar. Bu da bəzən xoşbəxtlik bəzən peşmanlıq gətirər. Sevdiyiniz zaman hər şeyini verən biriniz. Sevdiyinizlə əlaqəli işlərdə ədalət duyğunuzu belə tərk etməyə hazırsınız. Axtardığını tapa bilməyən bir Tərəzi olaraq budaqdan budağa qona bilərsiniz. Cazibədar və yaraşıqlı halınızla digər insanlar sizə kompliment deyər və arxanızdan qaçarlar. Sizdə sanki şeytan tükü vardır. Bəzən çox ustaca yalana müraciət edə bilər və tuta bilməyəcəyiniz sözlər verə bilərsiniz. Gözəlliyi və bütün gözəl olan şeyləri sevərsiniz. Geyimə düşkün olub, bahalı və lüks şeylər alarsınız. Sizin üçün musiqi tam mənası ilə ruhun qidasıdır. Ətrafınızda sülh və tarazlıq havasının pozulmaması çox əhəmiyyətlidir. Ancaq lazım olsa fiziki gücə də müvəffəqiyyətlə müraciət edə bilərsiniz. Yumşaq kürkünüzün içindən çıxıb daş kimi biri də ola bilərsiniz. Yenə də sizi yoracaq fiziki hərəkətlər yerinə sakit və tənbəl bir həyat daha cazibədardır. Pul və materiyaya bağlılığınız yoxdur amma, bunu həddindən artıq bir comərdlik səviyyəsinə endirib zərər də görə bilərsiniz. Bir doğum xəritəsində Yüksələn Tərəzi bürcü qadınlara gözəllik və kişilərə də yaraşıqlılıq verəcək. Siz də gözəl və cazibədar olmalısınız. Bədəniniz incə, formalı və uzundur. Saçlar sarı, açıq qəhvə və bəzən qapqara ola bilər. Üzünüz oval, xəttləri açıq və diqqətə çarpan olub bədəniniz buğda rənglidir. Üzünüz və bədəniniz uyğundur və digər insanların diqqətini çəkər.

Etiketlər: bilərsiniz, yaxşı, bəzən, sizin, gözəl, başqa, insanlar, yerinə, Sizin, Ümumiyyətlə, Tərəzi, bilər, musiqi, şeylər, digər, müraciət, əhəmiyyətlidir, fiziki, Yumşaq, Üzünüz
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica