• Çin Bürcünüz - İlan

Reseptin məlumatları Baxış sayı: 2 235

Tarix : 29-01-2018, 10:00

Bölmə : Bürclər


İllər - 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013

İlan insanları məğrur, səssiz və təsir edicidirlər. Həyatlarında heç bir hədəfə birbaşa olaraq getməyib, dolambaclı yolları seçən bir strukturları vardır. Əldə edilməsi və əlaqə yaradılması olduqca çətin bir xarakterə malikdir İlan. Səssizliyinə və sakitliyinə baxmayaraq İlan fərq edilməyi və təqdir görməyi istər. Ayrıca həyatdan maksimum zövq almağa çalışarlar. Çin təqviminə görə İlan ilində doğulanlar Əjdahalar kimi ətraflarına güc və enerji saçarlar. Bunlar özlərinə son dərəcə güvənərlər. Ətraflarında başa düşülmələri asan insan deyildirlər. Hətta sirrli tiplər sayılarlar. Zövqlərinə düşkün olarlar. Lüks həyatı, dincliyi, gözəl yeməkləri və rahatlığı sevərlər. Lazım olsa pendir çörəyə də razı olarlar amma, bunlar ən keyfiyyətli cinsdən olmalıdır! Əjdaha ilində doğulanlar kimi pulun cazibəsini duyarlar və bu sahədə təbii qabiliyyət sahibidirlər. Bununla birlikdə spekulyativ sahələrdə heç uğurlu sayılmazlar. Qabiliyyətləri mistik sahələrə də yönələ bilər. Həm fərdi həyatlarında həm də iş həyatında müvəffəqiyyətli olarlar. Əsla orta səviyyəli biri olmaq istəməzlər. Ya zirvədə ya da dibdə olacaqlar. İlan ilində doğulanlarin seks duyğuları təsirlidir. Demək olar ki, bu mövzuda nəfslərinə hakim ola bilməyən adam sayılarlar. Romantik həyatı da sevərlər və istəklərinə uyğun birini tapa bilməzlərsə tək yaşayarlar. İlan ilində doğulanlarin ən az uyğunlaşma göstərəcəyi kəslər Donuz, Meymun və Pələng ilində doğulanlardir. Ən uyğun əlaqələri İlan, Öküz və Xoruz ilində doğulanlar ilə yaşayarlar.
Etiketlər: ilində, doğulanlar, olarlar, yaşayarlar, sayılarlar, həyatı, doğulanlarin, sevərlər, uyğun, birlikdə, uğurlu, sahələrdə, spekulyativ, Qabiliyyətləri, yönələ, sahələrə, mistik, Bununla, sayılmazlar, sahədə
BİZİ İZLƏYİN