• Çin bürcünüz - Meymun

Reseptin məlumatları Baxış sayı: 2 226

Tarix : 23-03-2018, 10:00

Bölmə : Bürclər


İllər - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016

Çin Zodiakının ən şən insanı Meymundur. Azadlığına At qədər düşkün olan Meymun, təzyiqlərdən və istiqamətləndirilməkdən nifrət edər. Adaptasiya qabiliyyəti çox inkişaf edən Meymun bürcü insanları, zəngin bir təcrübə ehtiyatına sahibdirlər. Ailəsinə və yoldaşlarına məsləhət verməyi çox sevərlər. Bu insanların ən diqqət çəkici xüsusiyyətləri cazibələridir. Az qala hər kəsin diqqətini çəkərlər və sevilərlər. İlk baxışda bunların təsirində qalmayanlar belə sonunda pəs etməyə məhkumdur. Bu vəziyyət qadın və ya kişi olsun, meymun ilində doğulan adam tərəfindən başdan çıxardılanlar üçün doğrudur. Elə ovsunlayıcı gücləri vardır ki, səy göstərdikləri zaman əldə etməyəcəkləri çox az insan vardır. Meymun ilində doğulan insan çox yaxşı həmsöhbətdir. Hazırcavabdır və orijinal fikirlər yaradarlar. Çox tez öyrənərlər və hər vəziyyətə dərhal uyğunlaşa bilərlər. Bunun yanında çox şeytanca davranışlar da göstərə bilərlər. Həqiqəti asanlıqla təhrif edərək hədəflərinə çatmağa çalışarlar. Bunların içlərindən çox ağıllı və usta fırıldaqçılar çıxa bilər. Bu kəslər hər kəs ilə yaxşı dolana bilər. Lakin uzun müddətli birlik quracağı insanı tapmaqda çətinlik çəkə bilər. Əgər axtardığını tapsa mükəmməl bir həyat yoldaşı olar. Meymun ilində doğulanlar ilə Pələng ilində doğulanlar razılaşa bilməzlər. Meymun ilində doğulan insanlar bir-birlərini tamamladıqları zaman uyğun cüt olarlar.
Etiketlər: ilində, Meymun, bilər, doğulan, zaman, yaxşı, doğulanlar, bilərlər, insan, vardır, insanı, təhrif, asanlıqla, Həqiqəti, edərək, göstərə, çatmağa, içlərindən, Bunların, çalışarlar
BİZİ İZLƏYİN