• Çin bürcünüz - Donuz

Reseptin məlumatları Baxış sayı: 154

Tarix : 3.06.2018, 10:00

Bölmə : Bürclər


İllər - 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019

Donuz insanı Çin Zodiakında etibarlılığıyla tanınar. Son dərəcə həssas, romantik, insanlara və insan əlaqələrinə əhəmiyyət verən bir təbiəti vardır. Evliliyə, bağlanmağa və birarvadlılığa çox uyğundur Donuz insanı. Əsla yalan danışmaz, çünki yalan danışmağı bacara bilməz. Çin təqviminə görə Çöldonuzu (Qaban) ilində doğulan adamı təyin edəcək söz belə olmalıdır: "Yonulmamış bir almaz parçası". Qadın və ya kişi olsun bunların görünüşü lağbaz bir inadkarlıq maskası daşısa da, bu maskanın altında məzlum və yumşaq ürəkli bir şəxsiyyət vardır. Bu insanlar dürüst, etibarlı və comərd yoldaş olarlar. Bununla birlikdə bunlar etdikləri incəliyin qarşılığını da gözləyərlər. Əgər qarşılıq görə bilməzlərsə bu dostluğu dərhal bitirməkdən çəkinməzlər. Bu insanlar yaxşı xasiyyətləri və gülər üzləri ilə diqqət çəkərlər. Peşələrində müvəffəqiyyətli bir karier sahibi olarlar və diplomatiya tələb edən işlərdə müvəffəqiyyət təmin edərlər. Çöl donuzu ilində doğulanlarin romantik istiliyi dərhal yüksələr. Bəlkə də bu istilik ancaq vedrə vedrə buz ilə soyuya bilər! Qadın və ya kişi olsun çox yüksək seks meyllərinə sahibdirlər. Məhəbbətin fiziki yanı onlara çox cazibədar gəlir. Normal olaraq bağlı və sadiq aşiqlərdir. Bu insanlar üçün ən mənfi birlik İlan ilində doğulanlar ilə qurular. Eyni şəkildə öz qrupundan və Meymun ili ilə birlikləri də çətindir. Ən yaxşı əlaqələri Dovşan və Qoyun ilində doğulanlar ilə qura bilərlər.

Etiketlər: ilində, insanlar, olarlar, yalan, doğulanlar, vardır, olsun, romantik, dərhal, insanı, Donuz, Qadın, vedrə, yaxşı, müvəffəqiyyət, təmin, edərlər, istiliyi, Bəlkə, yüksələr
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica