• Maya bürcünüz və mənası - Timsah - İmix

Reseptin məlumatları Baxış sayı: 285

Tarix : 15.01.2018, 10:00

Bölmə : Bürclər


Xarakter - Enerjili, yaradıcı və başladıcı. Valideyn kimi qoruyucu və dominant. Həssas və xüsusi.

Xüsusiyyətlər
Timsah 20 günlük dövrün başlanğıcıdır, yəni ilk bürcdür. Şüurun hər hansı bir mərhələsinin başlanğıcında, eqo və ya fərd şüuru hələ zəifdir. Və kollektiv zehinin dərin sularından hələ tam olaraq ayrılmadan ortaya çıxan bu eqo və ya id, zamanın hakim ruhundan təsirlənir. Bu sayədə Timsah günündə doğulanlar, yaşadıqları cəmiyyətin ruhunda var olan bütün dəyərləri əks etdirə bilərlər. Timsah hər şeyin altında yatan primitiv enerjini təmsil edir. Bu səbəbdən Timsah günündə doğulanların yuxulara, sehr və sirrə olan maraqları eqo və ya mənlik hisslərindən çox daha güclüdür. Kollektiv insan şüuruna dair fərqindəlikləri onları vizual sənətlər sahəsində çox müvəffəqiyyətli edər. Timsah günündə doğulanlar bir şeyləri başlatma mövzusunda çox müvəffəqiyyətlilərkən, davam etdirmək və tamamlamaq mövzusunda çətinlik çəkərlər. Bu nöqtədə digər insanların dəstəyinə ehtiyac duyarlar. Timsah primitiv yaratma gücündən mesaj alır. Sadə mənasıyla hər şeyin başlanğıcıdır. Timsah qoruyucu və dominantdır, eynilə bir ananın balalarını qoruması kimi. Bu günün simvolunda doğulanlar ümumiyyətlə müsbət və çalışqandır. Primitiv mesajların bir nizamı yoxdur, bu səbəbdən Timsah insanları məhsuldar nəticələr əldə etmək üçün enerjilərini praktiki və kollektiv səylərə istiqamətləndirməlidirlər. Timsah insanları güclü primitiv hisslərə malikdir və bürcün təmsil etdiyi heyvan kimi həssas təbiətini balanslaşdırmaq üçün məhrəmlik ehtiyacında olur. Tarazlıq ətraflarıyla uyğunlaşma içində yaşamaq adına Timsah insanları baxımından kritikdir. Ürəyini izləyən Timsahlar dahi olaraq görünərlər.

Etiketlər: Timsah, günündə, primitiv, insanları, doğulanlar, kollektiv, başlanğıcıdır, təmsil, səbəbdən, şeyin, qoruyucu, olaraq, mövzusunda, simvolunda, balalarını, qoruması, günün, görünərlər, Primitiv, mesajların
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica