• Maya bürcünüz və mənası - Yol - Eb

Reseptin məlumatları Baxış sayı: 2 071

Tarix : 15-09-2018, 10:00

Bölmə : Bürclər


Xarakter - Rahat, kübar, təmizkar və faydalı. Ayrıca həssas, kövrək və asan inciyən. Ehtiraslı və çalışqan.

Xüsusiyyətlər
Yol bürcü Mayaların Cənnətə çıxan nərdivan olaraq adlandırdıqları həyat spiralını simvolizə edər. Bu müqəddəs enerji yolu, göydən enərək onurğamız boyunca irəliləyən və dünyaya çatan və eyni şəkildə dünyadan yuxarı çıxıb göyə çatan iki spiral şəklindədir. Heç şübhə yoxdur ki bu bürcdə doğulan insanlar xüsusi bir güc ilə təchiz edilmişlər. Yaxşı bəs niyə bu bürcdən heç məşhur simalar çıxmaz? Ümumiyyətlə Yol insanları cəmiyyətə kömək olmaq üçün çox işləkdirlər və bunu səssiz yollarla etməyi seçərlər. Etdikləri xidmətlərə görə tanınmağı çox istəməzlər. Onların yönümü təbii bir tarazlıq və gözəllik içində ruhani bir yolda getməkdir. Zamanın himayəçisi və qəza qədərin hamisidirlər. Bu insanlar qruplara, cəmiyyət və kəslərə gələcəyin yollarını açar və rəhbər olar. Simpatik, itaətkar, işlək, çalışqan işçi və təşkilatçılardır. Yol insanları iş və səyahət mövzularında şanslıdır. Nəzakətlilik və fərdi incəliklərinin mərkəzində həssaslıq və romantik fərqindəlik vardır. Praktik bir düşüncə tərzlinə sahibdirlər. Hədəflərinə çatmağı bacarmaq üçün rəqabət etmələrinə baxmayaraq cəbhələşməkdən qaçınarlar. Bir çoxları aciz, xəstə, çətin vəziyyətdə olanlara baxıcılıq edər və bir çox fədakarlıq göstərərlər. Bəzən Çəmən deyərək adlandırılan bu bürc çəmən kimi bütün həyat formaları arasında ən comərdidir və ən təvazökarıdır. Kölgə tərəfiylə Yol hirs və nifrətini saxlama meylindədir ki, bu, hər hansı bir zamanda, xəstəlik və yalançılığın acı dərmanı ola bilər. Ən sonunda Yol, barış və dinclik üçün duyduğu arzu və xidmətiylə cəmiyyətə böyük fayda gətirər.
Etiketlər: cəmiyyətə, insanları, çatan, insanlar, çalışqan, həyat, sahibdirlər, Hədəflərinə, kəslərə, gələcəyin, yollarını, düşüncə, tərzlinə, çatmağı, bacarmaq, qaçınarlar, cəmiyyət, cəbhələşməkdən, baxmayaraq, rəqabət
BİZİ İZLƏYİN