• Maya bürcünüz və mənası - Qamış - Ben

Reseptin məlumatları Baxış sayı: 201

Tarix : 25.09.2018, 10:00

Bölmə : Bürclər




Xarakter - Populyar, bilgili, bacarıqlı ve qabiliyyətli. Prinsiplər üçün mübarizə edər, ideoloqdur. Ona meydan oxunduğu zaman buna qarşılıq verər.

Xüsusiyyətlər
Bu gündə doğulmuş olmaq uğurlu bir vəziyyətdir. Qədim Meksika mifologiyasında bu gün Tüklü İlanın (Quatzelcoatl), yəni işıq gətirən Tanrının ad günü və tanrıların dünyaya endiyi gün olaraq bilinir. Bu gündə doğulanlar məhsuldardır. Cəmiyyətdə lider olaraq önə çıxarlar və valideyn olaraq da uğurlu və müdrik olarlar. Bu bürcün insanları çox uşaq dünyaya gətirməyə meyllidir. Onlar bu valideyn rolunu geniş ailələri və cəmiyyət içində ələ alarlar. Dünyanın daşıyıcı sütunları kimidirlər. Qamış günündə doğulmuş insanlar bir az içlərinə qapalı və mühafizəkar ola bilərlər. Bu onların həyatda öyrənmələri lazım olan təməl şeyi göstərər: elastiklik. Başqa insanlarla əlaqələrində və öz zehni fəaliyyətlərində elastik olmağı öyrənmək bu gündə doğulan insanların mühafizəkarlığa görə yaşadıqları qarşıdurmalardan sıyrılmalarını təmin edəcək. Qamış insanları ailə və yuvanın ruhi özü, qoruyucuları və işıq rəhbəridirlər. Risk alarlar. Qabaqcıldırlar. Güclü prinsipləri vardır. Nəticələrlə məşğul olan qabiliyyətli natiqdirlər. Rahatlamağı və əylənməyi sevmələrinə baxmayaraq stressli işlərdə çalışa bilərlər və olduqca intizamlıdırlar. Nə iş görməyi seçsələr o sahədə üstün olarlar. Qabiliyyətlərinin qaynağı bütünlükləri və fərdi etibarlarıdır. Güc və inanc təməl dəyərləridir. İntellektual və/vəya yaxşı təhsillidirlər. İnsanın təbiətini anlamağa meyllidirlər. Möhkəm və analitik olan Qamışlar, bütün əlaqələrində dinclik, barış və uyğunlaşma təmin etməyə çalışar. Bu bürcün insanları müzakirə sahəsində böyük qabiliyyətlərlə müqəddəs hesab edilmişdir və bu qabiliyyət sıx bir şəkildə test edilməkdədir. Qamışlar həddindən artıq təqdir ehtiyacı içində olarlar və elastik olmayan dünyagörüşləri və yüksək gözləmələri səbəbiylə iş və evlilik həyatlarında problem yaşaya bilərlər. Bu onların əlaqələrində sevginin aşınmasına yol aça bilər. Qamışın dərsi bir bağça şlanqı kimi ola bilməkdir, polad bir boru deyil.

Etiketlər: olaraq, olarlar, bilərlər, əlaqələrində, insanları, gündə, elastik, içində, valideyn, onların, alarlar, təməl, dünyaya, Qamışlar, Qamış, uğurlu, bürcün, təmin, qabiliyyətli, doğulmuş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN