• Maya bürcünüz və mənası - Torpaq - Caban

Reseptin məlumatları Baxış sayı: 1 817

Tarix : 11-10-2018, 10:00

Bölmə : Bürclər


Xarakter - Zehni aktiv, rasional, ağıllı amma praktiki. Ümimyyətlə liberal və inkişafa meyllidir. Çox vaxt mübahisə edər. Sabit fikirləri vardır.

Xüsusiyyətlər
Klassik astrologiyanın tərsinə buradakı Torpaq, çox yüksək bir intellektual və zehni qabiliyyəti simvolizə edər. Torpaq günündə doğulan birinin zehni aktivliyi o qədər yüksəkdir ki, bu onun təbiətlə olan bağının qopmasına yol aça bilər. Bu, Torpaq bürcü insanının həyatdakı ən böyük maneəsidir və bunu aşmaq üçün təbiət ilə olan bağını təkrar qurmalı və qorumalıdır. Hansı cinsiyyətdə olursa olsun Torpaq insanının kişiyə xas bir xarakteri olar. Torpaq insanları Meditativ və öncəgörücü olduqları qədər mübahisə edən və ya qarışıq zehinli də ola bilərlər. Ağıllı beyinlərinə gələn yeni fikirlərin isə dünyaya faydalı olacağını yoxsa yalnız boş bir xəyal olduğunu isə əvvəldən bilə bilmək qeyri-mümkündür. Həddindən artıq zehni fəaliyyətlərini tarazlamaq üçün meditasiya etmək və zehni güclərini fokuslamağı öyrənmək torpaq insanı üçün çox faydalı olacaqdır. Yer üzü bağçasının qoruyucusu. Bu bürcdə Dünyanın daha böyük bir ruhani təkamül keçirəcək əlaqələrini yaradan yüksək enerjini taparıq. Torpaq tipləri bədən enerjisini torpaqlamağa kömək olarlar; bu sayədə bu planetdə titrəşmək istəyən yeni frekanslara imkan tanıyarlar. Bu bürcdə doğulan insanlar daha yüksək bir tezliyə keçiş üçün hamımıza kömək edə bilərlər. Bu əslində onların bütün insanlığa bir hədiyyəsidir. Əgər bir Torpaq deyilsinizsə bu enerjini torpaqlamaq və mərkezləşdirmək üçün onu çağırın. Onların fikirləri ümumiyyətlə liberal, qabaqcıl və bəzən radikaldır. Meylləri zamanın bir az irəlisində olmaqdır. Yer üzünün təbii dövrlərinə və enerjilərinə olan eynivaxtlı dərin əlaqələr, yaradılışın və köhnə zamanların müdriklik yaddaşının gücünü tədarük edərlər. Torpaq insanları həyatın bütün çöhrələrində təbii nizamın dövr etməsi üçün səy göstərərlərlər. Tarazlıqlarını itirdiklərində ifrat duyğu vəziyyətləri sərgiləyə bilərlər; "romantik zəlzələlər". Doğuşdan qabiliyyətləri olan sinergiyanı yenidən işə salmağı bacararlar.
Etiketlər: Torpaq, zehni, bilərlər, yüksək, təbii, fikirləri, insanının, böyük, bütün, kömək, mübahisə, qədər, bürcdə, insanları, faydalı, enerjini, doğulan, liberal, onların, hamımıza
BİZİ İZLƏYİN