• Maya bürcünüz və mənası - Daş Bıçaq - Etznab

Reseptin məlumatları Baxış sayı: 181

Tarix : 15.10.2018, 10:00

Bölmə : Bürclər




Xarakter - Praktiki, mexanikaya meylli, yaxşı təşkil olunmuş. Sosial, amma yaxın əlaqələrdə çətinlik çəkər. Uzlaşmacı və çalışqan amma əsəbini cilovlayar.

Xüsusiyyətlər
Ziddliyin fərqinə varmaq demək, dünyanı bir qarşıdurma arenası olaraq görmək deməkdir. İki həqiqətdən birini seçmək, o qarşıdurmaya girmək və bir döyüşçü olmaq mənasını verir. Bu əzab verici fərqindəlik, bu bürcü potensial olaraq çətin bir bürcə çevirməkdədir. Bıçaq bürcündə doğulan insanlar dünyanı qara və ağ olaraq görməyə meyllidirlər. Bu hadisələri doğru və səhv olaraq görməyə yanaşma bu bürcün insanlarını əvvəl özlərinə baxmağa və ola biləcəklərinin ən yaxşısı olmağa aparar ki, bu da onların müsbət bir istiqamətidir. Lakin digər insanlarda gördüklərini çox birbaşa və incidici şəkildə ifadə etmək kimi bir vərdişləri vardır. Və əslində bütün bunlar nəticədə özlərinin uduzduğu mübahisələrə sürüyə bilər onları. O biri tərəfdən Mayalar bu bürcün, yaxşılaşmaqla əlaqədar olduğunu və Bıçaq insanlarının şəfaverici olduqlarını söyləyərlər. Öldürücü olan bıçaq eyni zamanda bir cərrahın əlində şəfa gətirə bilər. Eyni şəkildə qarşıdurmaya dair bir fərqindəlik, uyğunlaşma təmin etmək üçün güclü bir arzu gətirə bilər. Bıçaq günündə doğulan insanlar, ayrım edə bilmə qabiliyyətini müsbət şəkildə istifadə edib uyğunlaşma təmin etməyə fokuslandıqları zaman cəmiyyəti şəfalandıran fərdlər olarlar. Sahib olduqları enerjini doğru yönəldə bilmənin yolu onlar üçün belə bir yanaşmayla gələcəyə ümidlə baxmaq olmalıdır. Həqiqətin aynası. Çaxılmış bir çaxmaqdaşı kimi olan bu insanlar, ilahi zəkanın qığılcımlarıdırlar. Olduqca ictimai insanlardır. Çox nəzakətli, uzlaşan və fədakardırlar. Bıçaqlar doğuşdan gələn qabiliyyətlərini, duyğuları faktlardan ayırmaq üçün istifadə edər. Mexaniki problemləri həll etmədə ustadırlar, vasitələrlə çalışmaq və hətta musiqi alətlərinin ustası olmağı bacarırlar. Etdiklərində daha çox mövzuların texniki istiqamətiylə olduqca əlaqədardırlar və başları detallara yaxşı işləyir. Bıçaq insanları özlərini fəda edərək yorulmaq bilmədən digərlərini qoruyar və müdafiə edərlər. Gerçəklərin qılıncını cəsurca istifadə edərək yalanları kəsərlər. Bu onların vəzifəsidir. Bıçaqlar insanlar arası problemlər və ya pis intriqalara dair məlumat sahibi ola bilər və bunları bir aynada əks etdirər. Bıçaq insanının həqiqətə həsr olunmağı ilə mükəmməl olması üçün şüurlu bir şəkildə cəsarətlərini xatırlamaları lazımdır. Həyatları fəlakətlərlə, dedi-qodu ya da səhv anlamalarla dolu olmasın deyə gerçəklərin döyüşçüləri olaraq möhkəm və qərarlı dayanmalıdırlar.

Etiketlər: olaraq, Bıçaq, insanlar, şəkildə, bilər, istifadə, fərqindəlik, bürcün, gətirə, dünyanı, doğulan, görməyə, edərək, uyğunlaşma, doğru, qarşıdurmaya, yaxşı, onların, müsbət, təmin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN