• Bürclərin sevgidə axtardıqları...

Reseptin məlumatları Baxış sayı: 3 204

Tarix : 31-03-2018, 10:00

Bölmə : Bürclər


Qoç məhəbbətdə nə arar?
Bir Qoç özünün "hər şeyi olduğunu düşünən birini arayır. Sevgilisi hər məsələdə söz sahibi olmasına icazə verməlidir, amma bütün istəklərinə də şərtsiz tabe olmamalıdır. Qoç daim həyəcana ehtiyac duyur. Bu üzdən əyləncəli, flörtçü və yumor anlayışına sahib birini istəyir.
Mülkiyətçi, göstəriş göstərən və ya mənfi münasibət içindəki insanları sevməz. Onu tutmaq istəyirsinizsə təbii edin və bir miqdar risk almağa hazır olun. Qoç, bəzən, əsəblərinizi poza bilər, amma məhəbbət və həyata qarşı duyduğu ehtiras qəlbinizi fəth edəcəkdir.

Buğa məhəbbətdə nə arar?
Buğa, güvənəcəyi biri ilə uzunmüddətli əlaqə istəyir. Onun üçün xarici görünüş də vacibdir amma zarafat anlayışı və nikbin mövqelər daha əhəmiyyətlidir. Sevgilisinin gözü yalnız onu görsün istəyir. Ön planda olmağı sevən, onunla öyünən insanlardan nifrət edir. Buğa, yumşaq başlı və ayaqları yerə basan özünəməxsus bir şəxsiyyət axtarır.

Əkizlər məhəbbətdə nə arar?
Həm əyləncəli bir sevgili, həm də yaxın dost istəyir. Yaxşı bir dinləyici və ağıllı aşıq olmalısınız. Zəka klubunun üzvü olmağınız lazım deyil, amma ən azından məntiqli bir mübahisəni sonuna qədər aparmalısız.
Əkizlər, hər şəraitə uyğunlaşan, son dəqiqədə proqram dəyişdikdə kızmayan, özünü olduğu kimi qəbul edən birini arayır. Xaricə doğru və ilk addımı atmaqdan çəkinməyən insanlardan xoşu gəlir. Əgər görüşüə geciksə bunu qürur məsələsi etməyin. O həmişə gecikir, proqramınızı ona görə planlaşdırın.

Xərçəng sevgidə nə arar?
Ayaqları yerə basan və yanında rahat edəcəyi birini arayır. Xərçəng romantizmdən xoşlanar, amma onun üçün əlaqə daimi olmalıdır. Bir gün evlənir, uşaqları olsun, istəyir. Onu həqiqətən sevəcək və heç vaxt tərk etməyəcək birinin həsrəti ilə yaşayır. Bütün boş vaxtınızı onunla keçirməyiniz çox xoşuna gəlir.
Xərçəng, çox xüsusi bir bərabərlik axtarışındadır. Ruh əkizinin axtarışı içindədir və doğru insan olub olmadığınızı dərhal anlayır. Əgər ürəyi sizi seçibsə geri dönüşü yoxdur.

Şir məhəbbətdə nə arar?
Şir qarşısında dostlarına hava atacağı birini arayır. Təqdir edilməkdən və heyranlıq eşidilməsindən xoşlayır. Üzərinə düşən və onu xoşbəxt etmək üçün xüsusi səy göstərən bir sevgili istəyir.
Nə qədər gözəl olduğunun deyilməsini, gücünə və cazibədarlığına kompliment edilməsini gözləyir. Sədaqət və minnətdarlıq arayır. Aslan əylənməyi sevir, bu səbəbdən onun axtardığı; Yumor anlayışına sahib, nikbin, həyatın dadını çıxaracaq biridir.

Qız məhəbbətdə nə arar?
İstədiklərinin ona ehtiyac duyması lazımdır.Qız, onun yardım və təkliflərini təqdir və qəbul edəcək birini arayır. İnsanları xoşbəxt edərək xoşbəxt olur. Öz kimi sadiq, namuslu və işgüzar olmağınızı gözləyir. Əgər mükəmməl deyilsinizsə, amma Qız sizdə potensial görsə o zaman eşq namizədisiniz deməkdir.Əgər masum uşaq kimi gücsüzsəniz Qız dərhal işə qoşulacaq. Sizə kömək edərək həyatınızı yoluna qoymaq və xəyallarınızı reallaşdırmaqdan xoşbəxt olacaqdır.

Tərəzi məhəbbətdə nə arar?
Romantik ruhlu, cəlbedici, cəsarətli və münasibəti heç vaxt can sıxıcı hala gətirməyəcək olan birini istəyir. Onu tez-tez axtarmasını, yanında olmasını və dostlarına heyran qalmasını gözləyir. Bir Tərəziyə dostları ilə çox vaxt keçirdiyi, ya da geç qaldığı üçün məzəmmət etməzsiniz yaxşı olar. O, üzüyola və soyuqqanlı insanları sevir. Sizinlə dava etməyi istəməz ancaq etsə belə, öpüşüb sülh yaradan o olacaqdır.

Əqrəb məhəbbətdə nə arar?
Əqrəblər dərin və sıx əlaqə axtarır. Ruh yoldaşı anlayışına inanır və eşqdə ehtiraslıdır. Duyğularının dərinliyini və inamsızlıqlarını anlaya biləcək birini istəyir. Bundan başqa, bu adam onun, zaman zaman tək qalmağa ehtiyacı olduğunu da anlamalıdır. Mükəmməl bir insan sərrafıdır. Maraq mərkəzi olmaqdan xoşu gələn, böyük danışan və özünü tərifləyən insanlardan xoşlanmaz. Özü qədər şəfqətli, sadiq və özünü əlaqəyə həsr etmiş bir sevgili istəyir.

Oxatan məhəbbətdə nə arar?
Yanında olduğu zaman özü kimi davranan bir yoldaş axtarar. Həqiqətləri danışmaqdan qorxmayan namuslu birini istəyir. Səmimi bir qadın və ya özünə güvənən bir kişi axtarır.
Onunla birlikdə idman zalına gələn, tuttuğu komandaya fanatlıq edən və bərabər olmadıqları vaxtda harada olduğunu soruşmayan birini istəyir. Əgər oxatana azadlıq meydanı versəydiniz, ona ehtiyacınız yoxdur, xoşbəxtliyiniz ona bağlı deyilmiş kimi rəftar etsəniz, sizi daha çox istəyəcəkdir.

Oğlaq məhəbbətdə nə arar?
Sadiq, etibarlı və cəmiyyət içində onu pərt etməyəcək sevgili axtarır. Dostları arasında populyar və hörmət edilən biri olmalıdır. Ehtiraslı və irəliyə doğru planları olan insanları sevir. Əgər universitet təqaüdü almaq istəyirsinizsə, ya da gələcəkdə hüquq oxumağı düşünürsünüzsə Oğlaq sizinlə danışmağa vaxt ayıra bilər.
Gösterişçi, "mən hər şeyi bilirəm" tərzi çıxışlar ona təsir etməz. Oğlaq dil tapılması asan, yaşına görə yetkin, ayaqları yerə basan və gələcəyə yönəlmiş planları olan biridir. Əgər avtomobilinizin içi dağınıq, boşalmış hazır yemək qablaşdırmaları doludursa yaxşı bir təmizləmə aparmadan onunla çıxmağı ağlınıza belə gətirməyin. Dizaynerinin əlindən çıxmış geyimlərini çirklənməsıni qəbul etməyəcək.

Dolça məhəbbətdə nə arar?
Onu şərtsiz sevəcək və öz kimi olmasına icazə verəcək yaxın dost arayır.Dolça üçün ən uyğun seçki, eynilə özü kimi, dünyanı daha çox yaşanacaq bir yer etməyi arzulayan bir ruh həyat yoldaşıdır. Özünü məhdudlaşdırmayacaq, fərqli olmaqdan qorxmayan özünəməxsus, izdihamın içində yalnız yer tutan deyil, varlığını hiss edən birini arayır.

Balıq məhəbbətdə nə arar?
Güclü mistik əlaqə quracağı ruh yoldaşını axtarır. Həddən artıq romantik, həssas və boş vaxtının hamısını özü ilə keçirən birini istəyir. Duyğulardan, xəyallardan və birgə gələcəkdən bəhs etməkdən qorxmayan bir sevgili olmalıdır. Fal növü kartları, çay yarpaqları falı və astrologiya kimi şeylərdən xoşlanır.Sehrə və xoşbəxt sonlara inanır. Romanvari bir məhəbbət yaradın, sizi heç vaxt unutmayacaqdır.
Etiketlər: birini, istəyir, məhəbbətdə, arayır, xoşbəxt, sevgili, axtarır, əlaqə, zaman, anlayışına, doğru, gözləyir, Xərçəng, olmalıdır, sevir, insanları, basan, qədər, Oğlaq, etməyəcək
BİZİ İZLƏYİN