• Tərəzi bürclü insanların ən xoş 13 özəlliyi

Reseptin məlumatları Baxış sayı: 2 493

Tarix : 27-05-2018, 10:00

Bölmə : Bürclər


Hər bürcün özünə görə yaxşı və pis tərəfləri vardır. Tərəzi bürcündən olanlar isə, ətrafımızdakı ən xoş insanlar olmalarıyla diqqəti tez üzərlərinə çəkirlər. Bəlkə də onlar dünyanın ən gülərüzlü, dəbli və tarazlığı sevən insanlarıdır.

Tərəzilərin ən xoş 13 özəlliyi:

1. Dünyanın ən zərif və nəzakətli insanları
Həm tərəzi qadını, həm də tərəzi kişisi zərif və nəzakətlidirlər. Bunu onları ilk gördüyünüzdə başa düşə bilərsiniz. Bu xarakterləriylə diqqət çəkərlər və xəbərsizcə özünüzü onların yanında görərsiniz.

2. Çox yaxşı dinləyicidirlər
Tərəzi bürcü qədər yaxşı dinləyici olan digər bürcün olub-olmadığını bilmirik. Amma digərlərindən fərqli olaraq onlar, bunu sizə hiss etdirərlər. Fikirləriniz dolaşanda, özünüzü pis hiss edəndə və ya ürəyinizdəkiləri tökməyə ehtiyacınız olduqda sizi dinləyəcəklər. Bu özəllikləri, eyni zamanda onları dünyanın ən yaxşı partnyoru edər, çünki quracağınız münasibət mütləq sağlam olacaqdır.

3. Çox dəbli və təbii tərzləri vardır
Tərəzi bürcünü xarici görünüşündən də ayırd etmək mümkündür. Onlarla heç danışmasanız belə, nə qədər zərif və nəzakətli olduqlarını sezməsəniz belə, onların fərqinə varmaq asandır. Onların bir tərzləri vardır və xaraktelərindəki tarazlıq da bura əks olunmuşdur.

4. “Tarazlıq” deyiləndə ağla ilk gələn insanlar-Tərəzilər
Tərəzi bürcü eşq tanrısı olaraq bilinən Venera tərəfindən idarə olunur və bütün bürclər arasında ən tarazlı olanıdır. Taraz quruluşları həm daxili, həm də xarici görünüşlərinə əks olunur. Nə zaman ehtiyacınız olsa, yanınızda olacağını bilirsiniz.

5. Əylənmək üçün sizə yalnız Tərəzi lazımdır
Həm emosional, həm də əyləncəli insanlar olan tərəzilər sizə “həyatımı yaşamadım” dedirtməzlər. Onlarla əyləncədən əyləncəyə qaça bilər, hər anınızı xoş keçirə bilərsiniz. Əgər utancaq və çəkinən xarakteriniz varsa tərəzi sizi dəyişdirə bilər.

6. Dünyanın ən sevgi və qayğı dolu insanları
Ulduzlarından dolayı gözəllik və sevgi ilə bütünləşdiklərindən tam da evlilik insanlarıdır. Nə zaman sevgi və qayğıya ehtiyacınız olsa onlara bir zəng kifayətdir. Əgər həyatınızda bir tərəzi varsa, bu mənada çox şanslısınız deməkdir.

7. Həyatda uyğunlaşmanın vacibliyini çox yaxşı bilirlər
Uyğunlaşma onlar üçün çox vacibdir. Bunu həyatlarının hər sahəsində-qurduqları münasibətlərdə, yaşadıqları məkanda, iş həyatlarında və digər sahələrdə axtararlar. Əgər tərəzi bürcünə nə qədər uyğun olduğunuzu isbat etsəniz, onu özünüzə doğru çəkərsiniz və bu addım gözəl münasibətin başlanğıcı olacaq.

8. Danışdıqlarında sanki şeir oxuyurlar, sözlər adətən süzülürmüş kimi…
Nəzakətli və incə quruluşları, danışma və ünsiyyət qurma hallarına da əks olunmuşdur. Danışarkən sözləri çox diqqətli seçərlər və adətən şeir oxuyurmuş kimi danışarlar. Onları dinləyərkən məst ola bilərsiniz. Eyni şəkildə, sizinlə ünsiyyət qurarkən etdikləri bədən hərəkətləri də diqqətdən yayınmır.

9. Dünyanın ən saf, təmiz qəlbli insanları
Onlar son dərəcə ağıllı, özündən gözləmədikləri qədər də saf və təmiz qəlblidirlər. Xaricdən yıxılmaz kimi görünən tərəzi bürcü insanlarını yaxından tanıdıqca əslində nə qədər kövrək və saf qəlbə sahib olduqlarını görərsiniz. Bu səbəbdən xəbərdar etmədi deməyin: bir tərəzi ilə münasibət quracaqsınızsa onu həqiqətən çox sevdiyinizdən əmin olun!

10. Problemlərdə boğulmazlar. Hər şeyi geridə buraxıb, parlaq olmağa, işıq saçmağa davam edərlər…
Tərəzi bürcü insanlarının digər bir özəlliyi isə, problemi problem olaraq qəbul edib, bunun həyatının geri qalanına əks etdirməsinə imkan veməzlər. Problemi dəyərləndirirlər və olduğu kimi qoyub parlaq həyatlarına dönə bilərlər. Bu səbəblə sizə çox gözəl günlər keçirəcəkləri dəqiqdir.

11. Üzlərindən yumşaq və təsirli təbəssüm əksik olmaz
Bir tərəzi bürcünün üzünə baxaraq belə onun necə xoşbəxt və şən olduğunu anlaya bilərsiniz. Onlar yaşamağı sevən və həyat dolu insanlardır.

12. Fiziki gözəllikləri səbəbiylə diqqətinizi o dəqiqə üzərlərinə çəkərlər
Tərəzi bürcü tarazdır, uyğunlaşandır, nəzakətlidir, incədir bəli… ancaq, onların ən məlum özəlliklərindən biri də fiziki olaraq çox xoş olmalarıdır. Onlardan uzaqlaşmaq, onları rədd etmək adətən qeyri-mümkündür.

13. Çox əsəbləşməyən, sifət eləməyən insanların bürcü: Tərəzi
Qəmgin simalı, sərt rəftarlı bir Tərəziyə rast gəlmək çox çətindir. Bu səbəbdən, onlarla yola getmək çox asandır.
Etiketlər: Tərəzi, tərəzi, bürcü, yaxşı, qədər, olaraq, bilərsiniz, onlar, onları, onların, ehtiyacınız, insanları, zərif, sevgi, Dünyanın, adətən, vardır, insanlar, digər, etmək
BİZİ İZLƏYİN