• Qız Bürcü insanlarını 80 metr uzaqdan tanımağınızı təmin edəcək 11 özəllik

Reseptin məlumatları Baxış sayı: 2 490

Tarix : 1-06-2018, 10:00

Bölmə : Bürclər


Bürclər mövzusunda hamınızın söyləyəcək çox şeyi olduğuna əminik, çünki istər maraqlanın istər də maraqlanmayın; fərqli mühitlərdə mütləq məruz qalırsınız bu söhbətlərə… Buna görə də gec ya da tez siz də bu 12 bürc insanı haqqında məlumat sahibi olacaqsınız.

Bu gün sizə bəhs edəcəyimiz şanslı bürc “qızlardır”. Bu da qız bürcü insanları haqqında hazırladığımız postumuz.

1. Geyimləri, otaqları, evi; eynilə ürəkləri kimi təmizdir.
Bir qız bürcü insanını yalnız üzərindəki geyimlərdən belə tanıya bilərsiniz. Onların geyimlərindən tez-tez yuyulduğu üçün ətir deyil, paltar təmizləyicilərinin qoxusu gəlir. Eyni şəkildə evləri, yaşadıqları mühit də daim təmizdir.

2. Etdiyi və edəcəyi hər işdə müvəffəqiyyətlidir; çünki: əzm, əzm, əzm!
Müvəffəqiyyətsizlik, bir qız bürcünün əsla razılaşa bilməyəcəyi tək şeydir, çünki o, böyük, kiçik hər mövzuda inanılmaz dərəcədə əzmlidir. Əlinə aldığı problemdən əsla həll etmədən əl çəkmir. Yetər ki ona bir problemlə gedin, beyni patlayana qədər məşğul olacaq və şübhəsiz ki, o mövzuda bir nəticəyə varacaqdır.

3. Siz onu ‘güclü’ duruşundan tanıya bilərsiniz, amma əslində, o dünyanın ən kövrək insanıdır.
Ən sıx mühitlərdə belə, qız bürcü, mütləq diqqətinizi çəkəcəkdir. Həm də danışaraq deyil, sadəcə dayanaraq. Qız bürcü insanı, güclü görünüşüylə hər mənada güvən verir insana. Halbuki bu görünüşün altındakı gerçək tam fərqlidir. İnanılmaz dərəcədə həssas və kövrəkdirlər. Belə ki, haqqında düşünsəniz belə onu niyə qırdığınızı tapa bilməzsiniz. Əgər küskünlüyünün səbəbini sizə söyləyirsə, bilin ki, siz çox şanslısınız.

4. Həmişə “bir işlər qarışdırır” havası hakimdir onlara, çünki bu insanlar olduqca sirlidirlər.
Adətən altından təhlükəli bir şey çıxmayacaq olan qız bürcü insanını, müəyyən mühitlərdə sirli olmasından da tanıya bilərsiniz. Sevilmək kimi bir qayğıları olmadığından, özlərini çox insana izah etmək məcburiyyətində hiss etmirlər. Halbuki bu vəziyyət, kənardakıların’ Bunda bir iş var, amma nədir?’ kimi düşüncələrlə dolmasına səbəb olur. Narahat olmayın, böyük ehtimalla bir qatil yatmır şəxsiyyətlərinin altında… Sadəcə sirrli olmağı sevirlər.

5. Okeanda ölmür, gedib xırda bir şeydə boğulur qız bürcü insanı..
O qədər xırdaçıdırlar ki, bir addım atmadan əvvəl ən az 6 aya ehtiyac duyurlar. Eninə uzununa düşünür, sevdiklərindən fikir alır, əksiklikləri hesablayır, sonra da o fürsət hələ orada dayanırsa, yoxlayım görək nə olur deyib cəhd edirlər. Təbii ki, ürəkləri istəsə…

6. Ona çatmağın yolu, qalın divarlarını yıxacaq güclü qollar deyil, təmin edə biləcəyiniz etibarlı həyatdır.
Qız bürcü insanlarının yıxılmaz divarları vardır. O divarlardan içəri girə bilməyin tək yolu isə, onun etibarını qazanmaqdır. Qeyd: etibarını qazanmaq üçün edə biləcəyiniz heç bir şey yoxdur əslində. Onun meyarlarını hələ tapa bilən olmamışdır. Olduğunuz kimi davranın, sonrasını ona buraxın.

7. Çox maraqlı yumor anlayışları vardır
Qız bürcü insanları söhbətlərində olduqca zarafatcıldır deyə bilmərik, amma onlarla birlikdə çox güləcəyinizə zəmanət verə bilərik. Zarafat etməz, amma güldürərlər.

8. O şirin-sərt ibtidai sinif müəlliminiz vardı ha, baxın tam da onun kimi biridir qız bürcü insanı…
Hər şeydən məmnun olan deyil, tez sıxılandır, amma bir tərəfdən də sevdiklərinə qarşı çox yaxındır. Xarakter baxımından özündən çox fərqli olan insanlarla bir arada dayana bilmir qız bürcü insanı, amma əgər bir az ona bənzəyirsinizsə, aranızdakı münasibətə siz belə inana bilməyəcəksiniz.

9. Çox romantikdirlər, amma həmişə özlərinə sarılıb ağlayırlar.
Baxmayın buz kimi dayandıqlarına, çünki öz içlərinə ağlayır qız bürcü insanları. Duyğularını bəlli etdirməyi sevmirlər amma bu, onun səmimiyyətsiz olduğu mənasını vermir. Həyatın içindən, sıravi bir çox an, onun ömrünün sonuna qədər unuda bilməyəcəyi bir səhnə ola bilər. Qız insanı əslində çox ağlayır; amma yalnızkən…

10. Dəyişiklikmi? İstəməz… Həyatlarında dəyişdirdikləri tək şey, paltarlarıdır.
Dəyişikliklərə uyğunlaşa bilmədiklərindən deyil; əksinə hər şeyə uyğunlaşa biləcəyini bildiyindəndir, çünki o, onsuz da yaşadığı evdən, birlikdə yaşadığı insana qədər; həyatında olan hər şeyi kifayət qədər düşünmüş və elə çatmışdır bugünkü həyatına. Bu səbəbdən də heç vaxt sıxılıb dəyişiklik etmək kimi bir ehtiyacı olmur bu bürc insanlarının..

11. Qız insanı düzdür; hamar bir səthə malikdir. Bu səbəbdən həyatınızda heç bir əyriliyə səbəb olmayacaqlar..
Qız bürcü insanı ümumiyyətlə ‘düz’ və ‘incəlikdən məhrum’ olmaqla günahlandırılır. Halbuki onlardakı bu düzlük, irəli səviyyə də olan dürüstlükdən irəli gəlir. Sevmirsə sevirəm demir, sırf romantik olmaq üçün hiss etmədiyi cümlələr qurmur.
Etiketlər: bürcü, insanı, çünki, deyil, qədər, əslində, mühitlərdə, insana, Halbuki, insanları, haqqında, tanıya, bilərsiniz, təmizdir, gəlir, olduqca, etibarını, səbəb, birlikdə, dərəcədə
BİZİ İZLƏYİN