• Zodiak işarələrinin sevgi falı: Bürclərin uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 151

Tarix : 9.09.2018, 10:00

Bölmə : Bürclər


Qoç Dolça və ya Əkizlər
Qoç bürcü təbiətən avantüristdir. Qoç bürclərinin onları daim stimullaşdıran, nələrisə dəyişdirməyə kömək edən insanlara ehtiyacı var. Belə cütlüklər uğur qazanmağa məhkumdur!

Buğa Balıqlar və ya Xərçəng bürcü
Buğa bürcləri üçün ailə dəyərləri çox əhəmiyyətlidir. Onlar ailəcanlıdır. Bu bürcün qəlbini sonsuz sevgisinə eyni qarşılığı verməklə qazanmaq olar. Bu insanlar möhkəm və xoşbəxt ailə həyatı qurmaq üçün ideal namizəddir.

Əkizlər Qoç və ya Şir
Əkizlər ağıllı bürcdür, onlar hər yerdə stabillik axtarırlar, eyni zamanda darıxmağı sevmirlər. Əkizlərə onların həyatını daha parlaq, şən və maraqlı edən tərəfdaş lazımdır.

Xərçəng Buğa ya Qız
Xərçəng üçün bütün həyat sevgi üzərində qurulub. Amma bu insanların etimadını qazanmaq çox asan deyil! Bu bürcün nümayəndələri onları heç vaxt aldatmayan və münasibətləri qoruyub saxlamağa çalışan insanların yanında olacaq.

Şir Əkizlər və ya Tərəzi
Səxavətli, romantik və çox əcaib bürcdür! Onlar kompliment hərisidir, eləcə də diqqəti hədsiz sevirlər. Şirlə evlilik onların bu cür rəftarına dözən və bunu problemə çevirməyən insanlara xoşbəxtlik gətirəcək.

Qız Xərçəng və Əqrəb
Qız bürcləri soyuq və emosional insan kimi görünsə də, əslində çox həssasdır. Bu insanlar mübahisələrdən çəkinir və evdə rahatlığı yüksək qiymətləndirir. Hətta səhvə yol versəniz belə, qız bürclərinin qəlbini sevgi və məhəbbətlə qazanmaq olar.

Tərəzi Şir və Oxatan
Tərəzi bürcləri onların gözləntilərinə cavab verən çox güclü tərəf müqabili axtarır. Onlar öz məqsədlərinə doğru inadla gedir və bu yolda onlara heç kim mane ola bilməz. Tərəzi bürcü ilə evli və ya sevgili olmaq münasibətlər üzərində daim çalışmaq deməkdir!

Əqrəb Qız və ya Oğlaq
Həssas, ehtiraslı və ağıllı zodiak işarəsidir. Əqrəb ilə münasibətlərdə əsas məsələ onu olduğu kimi qəbul etməyi bacarmaqdır. Onu da unutmaq lazım deyil ki, bu, çox emosional, zəif şəxsiyyət özünə qarşı ehtiyatlı və qayğıkeş münasibət tələb edir.

Oxatan Dolça və ya Tərəzi
Oxatan üçün ən yaxşı hədiyyə sevgi və sədaqətdir! Onunla həmişə maraqlıdır və o, heç vaxt qarşı tərəfin enerjisini çəkmir, əksinə daha çox verir. Oxatan bunun qiymətləndirilməsini istəyir.

Oğlaq Əqrəb və Balıqlar
Oğlaq bürcü səhv etmək istəmir. Onlar gözəllik və incəliyi özündə heyrətamiz harmoniya ilə birləşdirir. Oğlaq ilə ailə qurmaq o deməkdir ki, onlar sizi heç vaxt və heç bir halda darda qoymayacaq!

Dolça Oxatan və ya Qoç
Dolça bürcü heç bir məhdudiyyətə dözmür və istəyir ki, onun yanında yeniliklərə hazır olan biri olsun. Ümumiyyətlə, bu şəxsiyyət sevgidə öz xoşbəxtliyini tapmaq üçün istənilən macərada iştirak etməyə hazırdır. Bu bürcləri sevgisini onlara səmimi şəkildə etiraf edən insanlar cəlb edir.

Balıqlar Oğlaq Buğa
Balıq bürcləri onları sevən və başa düşən insanları tapanda dünyanın xoşbəxti olur. Bu insanlara daim sübut etmək lazımdır ki, onlar sənin üçün çox əhəmiyyətlidir. Balıq bürcü ilə xoşbəxt ailə həyatının sirri ümumi maraqların olmasıdır.

Etiketlər: bürcü, Oxatan, bürcləri, Tərəzi, Oğlaq, Dolça, Xərçəng, Onlar, Əqrəb, Əkizlər, onların, Balıqlar, sevgi, onlar, qazanmaq, insanlar, insanlara, onları, xoşbəxt, şəxsiyyət
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica