• Bürclər internetdə...

Reseptin məlumatları Baxış sayı: 2 351

Tarix : 13-09-2018, 10:00

Bölmə : Bürclər


Qoç
Sevimli qoç bürcləri ümumiyyətlə "messenger" dən çıxmazlar. Qoç bürcü qadını "messenger" dən bir böyük ər tapacağı xəyali ilə yanıb alovlanır. Bütün yoldaşlıq saytlarında qoç bürclərini görmək mümkündür. Dostluqları qüvvətlidir. Virtual dünyada xoşbəxt yuvanın həsrəti içində yanıb alovlanar.

Buğa
Buğa bürcü msn'dən çox ləzzət almaz bunun yerinə internetdə nəfəs almadan pul qazanmağın yollarını axtarar.

Əkizlər
Əkizlər bürcü isə Zodiakın ən netpərəst bürcüdür. Varsa yoxsa forumlarda rep arxasında qaçan həmçinin sevilən sevimli bir bürcdür. Dəyişəndir söhbət otaqlarında bir gün psixoloq sonraki gün astrolog, şişirdib urolog belə ola bilər.

Xərçəng
Msn aləminin gözü ən sulu zodiakın ən pessimist bürcüdür. Emo şəkillərlə avatarını bəzəklərkən, profilində həyata həmişə bir üsyan, hamıya həmişə bir dərd yanma havası içinə düşmüşdür. Bir gün bu virtual xəstəlikdən xilas olacağına inanar.

Şir
Vitrual aləmin və real aləmin ən favorit bürcüdür. Aslan bürcünü googleda özünü axtararkən, mesajında özünü tərifləyərkən, mesajına öz özünü əlavə edib özünü izlərkən tapa bilməniz çox təbiidir. 24 saat "messenger"i açıq gəzən hər an biri özünü tərifləyəcək deyə gözləyən bir bürcdür.

Qız
Tipik vasvası qız virus proqramıyla hər gün hər saniyə kompüterinin içini xaricini təmizləyər. Mesajını təmizləyər siyahısını təmizləyərkən əlində süpürgə ilə mesajlaşar. Mesajlarında ümumiyyətlə tez-tez dərhal hər vaxt ''Təmizlik edirəm gələcəm' şəklində qəribə şeylər yazar.

Tərəzi
Ən qıcıq bürcdür. Bunları ümumiyyətlə şeir saytlarında şəkil saytlarında şərh edərkən görə bilərsiniz. Faciəvi dərəcədə qabiliyyətlilərdir.

Əqrəb
Aman aman evlərdən iraq... Bunların işi gücü sayt çökərdim, msn qırım, şifrə oğurlayım. Xeyirli bir şey edib msn'dən arvad tapıb nigah edim deməzlər. Xakkerdirlər. Onu bunu qabağına çıxanı qırarlar. Sevilməzlər şəxsiyyətlərini gizləyərlər.

Oxatan
Oxatan bürcü qısqanclığı və zəifliyi ilə tərk edilən bir bürcdür. Söhbət otaqlarından çıxmazlar. Ancaq mesaj yazarlar.

Oğlaq
Bir oğlağı virtual aləmdə tanımaq çox asandır. "Messenger"i dayanmadan açılıb bağlanar. Ümumiyyətlə virtual aləmdə tapdığı qarşı cinslə görüşməyə gedər. Dağ təpə bayır çayır dinləməz gedər görüşər.

Dolça
Dolça bürcünü virtual aləmdə tanımaq çox çətindir. Sirrli bir havası vardır. Bu bürcün əsla nə dinlədiyini öyrənə bilməzsiniz. Mesajı qısadır.

Balıq
Balıq bürcünün ən diqqətə çarpan xüsusiyyəti virtual aləmdəki oynadığı oyunlardır. Çünkü onu chat edərkən nadir görərsiniz. Özünü virtual oyunlara adaptasiya edər. Avtomatik mesajında ''Oyun oynuyuruam sonra cavab verərəm'' yazar amma cavab verdiyinə hələ rast gəlinməmiş nadir bürclərdəndir.
Etiketlər: virtual, özünü, bürcdür, bürcü, bürcüdür, aləmdə, saytlarında, ümumiyyətlə, messenger, mesajında, nadir, edərkən, aləmin, Balıq, gedər, Dolça, həmişə, havası, bürcünü, yanıb
BİZİ İZLƏYİN