• Taleyimizi müəyyən edən QARAÇI FALI - BÜRCLƏR

Reseptin məlumatları Baxış sayı: 154

Tarix : 23.09.2018, 10:00

Bölmə : Bürclər


Hər bir xalqın öz inancları və ənənələri var. Məhz bu xüsusiyyətlər bizi digər millətlərdən fərqləndirir. Uzun illərdir Şərq qoroskopuna alışıb, ona daha çox maraq göstərsək də, məlum olub ki, qaraçıların da öz qoroskopu var. Bu qoroskop da digərləri kimi 12 bölümdən və addan ibarətdir. Lakin onların özünəxas özəllikləri var.

1. Fincan 21.01—19.02
Fincanların çox dəyişkən xarakteri var. Onlar hər şeyə şübhə ilə yanaşırlar. Belə insanlar rahatlığa düşgündürlər. Onlar fiziki və mənəvi cəhətdən tez yorulurlar.

2. Kapüşon 20.02—20.03
Кapüşonlar kifayət qədər sirli və güvənsiz insanlardır. Onların dostları az, lakin sədaqətlidir. Bu bürc altında doğulanlar yetərincə yaradıcı olurlar. Hər bir çətin vəziyyətdən asanlıqla çıxış yolu tapa bilirlər.

3. Xəncər 21.03—20.04
Çox inadkar bürcdür. Öz sözünü sonadək deməyi bacarır. Xəncəllər çox pratik və qoçaqdırlar. Bu bürc altında doğulanlar bəzən çox aqressiv olurlar.

4. Çələng 21.04—20.05
Çələnglər dəbdəbəni və var-dövləti çox sevirlər. Ancaq pullarını havaya sovurmaq onların xarakterinə ziddir. Bu bürc altinda dünyaya gələnlər olduqca iddialıdırlar. Çələnglər adətən çox uğurlu iş adamı olurlar.

5. Şamdan 21.05—20.06
Şamdanlar çox mehriban və istiqanlı insanlardır. Onlar ünsiyyət və yeni tanışlıqları çıx sevirlər. Bu bürc altında doğulanlar olduqca fəaldırlar. Şamdanlar ən çox idman sahəsinə maraq göstərirlər.

6. Çarx 21.06—21.07
Çarxlar çox həssasdırlar. Onlar romantik xəyalpərəstlərdir. Çarx bürcü altında doğulanlar adətən aktyor və müsiqiçi olurlar. Hissləri çox qabarıq olan çarxlar tez-tez depresiyaya düşürlər.

7. Ulduz 22.07—22.08
Ulduzlar həm daxilən, həm də zahirən çox gözəl olurlar. Onlar öz parıltıları ilə ətraflarını işıqlandırmağı bacarırlar. Onların bəxtləri çox vaxt gətirir. Ətrafındakılara özündən çox diqqət ayıran ulduzlar tez-tez xəstələnirlər.

8. Zəng 23.08—22.09
Bu bürc altında dünyaya gələnlər çox mehriban və xeyirsevən olurlar. Onlar insanların problemlərini diqqətlə dinləməyi və ən çətin anda kömək etməyi bacarırlar. Zəng bürcündən olan insanlar atdıqları hər bir addımdan öncə yaxşıca düşünürlər.

9. Qəpik 23.09—22.10
Qəpik bürcündən olanlar hər kəslə dil tapa bilirlər. Onların həll edə bilməyəcəkləri problem yoxdur. Belə insanlar müqavilələr imzalamaq, uğurlu danışıqlar aparmaq üçün doğulublar.

10. Qılınc 23.10—21.11
Qaraçı böyüyüb, cinsi yetişgənlik dövrünə çatanda ona qılınc verirdilər. Odur ki, bu bürc altında doğulanlar çox güclü və cəsur olurlar. Onlar xalqa liderlik etməyi bacarırlar. Qılınc bürcü altında doğulanlar şeytanın da həsəd aparacağı iti ağıla sahibdirlər.

11. Balta 22.11—21.12
Balta bürcündən olanlar riskə getməyi bacaranlardır. Onlar adətən hər cür fırıldaqçılığa razı olurlar. İstənilən mühitdə özlərini “suda balıq” kimi hiss etməyi bacarırlar. Bəzən isə ərafdakıların saf sevgisindən süi-istifadə edirlər.

12. Nal 22.12—20.01
Nal bürcündən olanlar çox sadiq dostdurlar. Onlar çox iddialı, riskə getməyi sevən insanlardır. Nallar adətən öz açıqsözlülüklərinin qurbanı olub, əldə etdikləri bütün uğurları itirirlər.

Etiketlər: Onlar, olurlar, altında, doğulanlar, adətən, bürcündən, bacarırlar, Onların, olanlar, insanlardır, etməyi, insanlar, mehriban, riskə, Balta, Şamdanlar, bürcü, bilirlər, dünyaya, gələnlər
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica