• Bürclərin yemək sevgisi

Reseptin məlumatları Baxış sayı: 2 998

Tarix : 21-10-2018, 10:00

Bölmə : Bürclər


Qoçlar ən çox qəlyanaltılar xoşlayırlar. Əgər siz görsəniz ki, məclisdə hansısa qonaq boşqabına stolda olan bütün qəlyanaltılardan yığıb və sonra onları dadmağa başlayırsa, deməli, siz Qoçnan rastlaşmısınız. Onlar içkiləri də xoşlayırlar.

Buğalar ağzının dadını yaxşı bilən insanlardı. Ona görə Buğaları qonaq çağıranda tək yeməklərin bol olmasını yox, həm də yeməklərin düzgün və dadlı bişirilməsinə fikir verin. Buğa sizin əziyyətinizi mütləq qiymətləndirəcək.

Əkizlər salatları, şirniyatları xoşlayırlar. Məclisdə Əkizlər çalışacaqlar ki, ən dadlı yeməklərdən dadsınlar. Amma, adətən, onların boşqablarında yemək çox gec azalır, ona görə ki, qonaqlıqda onlar yeməyə yox, maraqlı söhbətə üstünlük verirlər.

Xərçəng un məmulatlarını xoşlayırlar, xüsusən də nənələrin reseptləri ilə bişirilən piroqları, bulkaları və s. Xərçənglər restoranda qonaqlıq xoşlamırlar, onlar ev rahatlığı, qəşəng süfrə və qab-qacaq, bəzəkli salfet, dadlı ev yeməklərini xoşlayırlar.

Şirlər həm yaxşı yeməkləri, içkiləri, həm də rahat şəraiti xoşlayırlar. Ev yiyəsi çalışmalıdır ki, Şirlər masanın arxasında yaxşı və rahat yerdə əyləşsinlər, ən yaxşısı budur ki, ev yiyəsi onlara öz yerini versin. Şirləri qonaq çağıranda çalışın ki, yeməkləriniz qeyri-adi və ləzzətli olsun, içkilər də, yeməklər də bol olsun.

Qızlar yeməklərin dadlı olmaqdan çox, faydalı və diyetik olmağına üstünlük verirlər. Ona görə Qızları qonaq çağıranda ev yiyəsi çalışmalıdır ki, süfrədə mineral sular, çoxlu tərəvəz salatları, göy-göyərti, meyvələr olsun.

Tərəzilər yaxşı və səviyyəli kompaniya xoşlayırlar. Əgər Tərəzinin başqa qonaqlardan xoşu gəlmirsə, onda qonaqlıq onun üçün çox darıxdırıcı keçəcək. Amma yaxşı kompaniya, üstəlik də kraxmallı süfrə, gəşəng qab-qacaq, orijinal bükülmüş salfetlər, qeyri-adi süfrə düzümü Tərəziyə böyük zövq verə bilər.

Əqrəblər zəngin və parlaq stol xoşlayırlar, Qonaqlıqlarda onlar bütün xəstəlikləri unudub yağlı, istioitlu, acı, hisə verilmiş yeməkləri böyük zövqlə dadırlar.

Oxatanlar xoşlayırlar ki, qonaqlar çox olsun və qonaqlıq şən keçsin. Onlar dadlı və qeyri-adi qəlyanaltılara üstünlük verirlər.

Oğlaq üçün çox vacibdir ki, hər şey ənənəvi olsun: "paytaxt" salatı, "şuba" altında siyənək, kürü, kolbasa, isti yeməklər və s. Furşet Oğlağın xoşuna gəlməz, ona görə bu bürcün nümayəndələrini qonaq çağırarkən, zəngin süfrə açın.

Dolçalar furşetsevəndilər.Onlar yüngül yeməkləri xoşlayırlar: sendviç, dondurma, meyvə, salat, pirojna, tort. Onlar ekzotik meyvələri və yeməkləri üstün tuturlar.

Balıqlar da ekzotik yeməkləri sevirlər: krab, xərçəng, midi, omar və s. Yaxşı içkiləri də xoşlayırlar. Onlar üçün ən yaxşı ziyafət təşkili balaca kompaniyada furşet hesab olunur.
Etiketlər: xoşlayırlar, yaxşı, qonaq, yeməkləri, dadlı, Onlar, olsun, süfrə, verirlər, içkiləri, çağıranda, üstünlük, yiyəsi, onlar, qonaqlıq, yeməklərin, qeyri, kompaniya, rahat, bütün
BİZİ İZLƏYİN