• 2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ

Reseptin məlumatları Baxış sayı: 1212

Tarix : 30.11.2017, 00:00

Bölmə : Bürclər


Vaxt sürətlə uçur və Sarı İt ili üzərində təhvil olan 2018-ci il yorulmadan yaxınlaşır! Odur ki, 2018-ci ilin illərə görə proqnozu ilə tanış olmaq vaxtıdır.

Astroloqlar İt ilinin bizim hamımız üçün çox uğurlu olacağını proqnozlaşdırır. İt əməksevər və inadlı, eyni zaman ədalətli insanları sevir. Bu səbəbdən də hər kəs öz mükafatını alacaq, sözsüz ki, layiq olduğu...
Çinlilərin inanclarına görə, it ehtiyacı olanların imdadına yetişən ağıllı və düzgün heyvanır. O, sülhsevərdir, bununla belə günahkarları da cəzalandırır. Ən vacibi isə 2018-ci ildə həm özünə, həm də başqalarına qarşı vicdanlı olmalısan. Çünki İt xəbərçi və ikiüzlü insanlardan nifrət edir. Əgər, sizin haqqınızda söz gəzdirirlərsə, arxayın olun ki, 2018-ci ildə bütün mənfi enerjilər onu yayanlara tərəf qayıdacaq. Bütövlükdə isə Şərq təqviminə görə, bütün zodiak işarələri üçn üçün bu il sakit və xoşbəxt olacaq.

İt
İtlərə bu il ən cəsarətli arzularının həyata keçirilməsi üçün hər yerdə yaşıl işıq yanacaq. Heç nədən qorxmayın. Xəyal və risk edin, sizin qarşınızda bütün qapılar açılacaq.

Siçan
Siçan ilində doğulanlar bu il öz məqsədlərinə çatacaq. Heç bir halda təslim olmayın, hər şey siz təsəvvür etdiyinizdən də yaxşı olacaq.

Öküz
Öküz ilindən olanlar sabitlikdən zövq almaq olacaq. Bu il sizin üçün sakit keçəcək. Lakin bu, sevgi məsələlərinə aid deyil. Artıq payıza yaxın hisslər qasırğasına düşəcəksiniz və bu gözəl olacaq!

Pələng
Bu il Pələnglər üçün imkanlar və şanslar ili olacaq. İt sizi fəal olmağa və istənilən təkliflərə reaksiya bildirməyə çağırır. Səyahət etmək çox faydalı olacaq, çünki sizi səfərlərdə xüsusi nəsə gözləyir.

Pişik (Dovşan)
Sizin üçün də 2018 qələbə ili olacaq. Siz lider mövqeyi tutmağa nail olacaqsınız. İt sizə bir az sakit davranmağı və sadəcə uğura köklənməyi məsləhət görür. Sevgidə tərəf müqabilinə etibar etmək lazımdır.

Əjdaha
Əjdahalar 2018-ci ildə bir qədər əziyyət çəkməli olacaq. Amma bütün çəkilən zəhmət öz bəhrəsini verəcək və artıqlaması ilə geri qayıdacaq. İşlərinizin nə qədər uğurlu alınması yalnız sizdən asılıdır. Şükür edin, xeyirxah işlər görün və 2018-ci ildə həyatınızın yaxşılığa doğru dəyişəcəyinə özünüz də təəccüb edəcəksiniz.

İlan
İt ili ilan ilində doğulan insanlar üçün çox maraqlı sürprizlər hazırlayıb. İl asan olmayacaq, amma siz çətinlikləri uğurla dəf edəcəksiniz. Əlinizi üzdüyünüz yerdən xoş xəbərlər eşidəcəksiniz.

At
Atlar üçün bu il sevgi və harmoniya ili olacaq. Ən əsası öz qayğınıza qalın, çünki özünüzü həddən çox yükləyirsiniz.

Qoyun (Keçi)
Keçilər üçün bu il dəyişikliklərlə yadda qalacaq. Sizi sanki gözəgörünməz bir qüvvə lazım olan anda, lazım olan yerə sovuracaq.

Meymun
İtlər Meymun ilindən olanlara bir neçə həyat dərsi öyrənməyə məcbur edəcək. Əmin olun ki, bu dərslərdən çıxardığınız nəticə sizin üçün uzunmüddət faydalı olacaq.

Xoruz
İt ili Xoruz ilində doğulan insanlar üçün də qeyri-adi hadisələr hazırlayır. Odur ki, sizin üçün hazırlanmış şansları əldən verməyin.

Qaban (Donuz)
Bu ildə dünyaya gələnlər üçün ailəsi və yaxın adamları ön plana çıxacaq. Siz yaratdığınız rahatlıq və istilikdən həzz alacaqsınız.

Etiketlər: olacaq, sizin, bütün, ilində, sakit, Meymun, doğulan, insanlar, lazım, tərəf, Siçan, etmək, faydalı, çünki, yaxın, sevgi, Xoruz, ilindən, qədər, edəcəksiniz
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica