• Bürclərin yuxugörmə özəllikləri

Reseptin məlumatları Baxış sayı: 3 295

Tarix : 21-02-2018, 20:00

Bölmə : Bürclər


Bürclər hələ lap qədimlərdən insanların maraq dairəsində olub. Bəziləri bürclərin insan xarakterinə və taleyinə təsirinə inanmasalar da, bir çoxları hər səhər ulduz falı ilə tanış olaraq gün ərzində onları nələrin gözləyəcəyini qədidliklə araşdırırlar.

Balıqlar, Əqrəblər, Xərçənglər
Su üçlüyü sayılan bu bürclər yuxu hakimləri sayılır. Onların gecə sayıqlamalarına diqqətlə qulaq asmaq lazımdır. Bu üç bürcün gördükləri yuxular ən dəqiq yuxulardan tamamilə qarışıq yuxulara qədər dəyişə bilər. Bu bürclər arasında yuxu mütəxəsisləri sayılan Balıqlar üçün bu daha səciyyəvidir. Balıqlar ən dolaşıq yuxuları belə yoza bilir. Yuxular isə daha çox ailə, sevgi, övlad və fərgli qazanclarla əlaqəli olur.

Xərçənglər daha çox səyahət və uzaq ölkələrlə bağlı yuxulara diqqət yetirməlidir. Din və karyera ilə bağlı yuxular da buna daxildir. Bu cür yuxular Əqrəblər üçün də böyuk əhəmiyyət daşısa da, elm-təhsil yönlü yuxuları daha çox nəzərə almalıdır.

Əkizlər, Tərəzilər, Dolçalar
Rasional hava bürcləri yuxu yozmada o qədər güclü olmasalar da, qarşılıqlı münasibətlə əlaqəli yuxu proqnozlarına diqqət yetirməlidir. Simvollar, sxemlər, hərflər və rəqəmlər də buna daxildir.

Hava bürclərinə tövsiyə: əgər üzəndə fikirləşdiyiniz bir məsələ varsa, yatın. Bəlkə yuxuda məsələnin çözümünü tapdınız. Daha çox konkret yuxular görən Əkizlərə bunu aid etmək olar.

Tərəzilər sevgi məsələləri ilə bağlı konkret yuxuları, hava bürcləri arasında, ən çox görən bürcdür. Dolçalar isə yuxuda daha çox kəşf və icadlar, hətta kosmik uçuşlar görürlər.

Şirlər, Qoçlar, Oxatanlar
Alov bürclərinin fantazıyası geniş olduğundan kinoya bənzər yuxu görməkləri mümkündür.

İlk növbədə özləri ilə bağlı yuxular görən alov bürcləri, yuxuda dahi insanları, məsələn hökmdarları, sərkərdələri, incəsənət xadimlərini də görə bilər. Alov, ışıq mənbələri, parıldayan əşyalarla ələqəli yuxular alov bürclər üçün böyük əhəmiyyət daşıyır.

Şirlərin yuxuları daha çox aldadıcı olur. Buna görə də onlar daha çox sevdiklərinin yuxularına fikir versələr yaxşı olar. Qoçların və Oxatanların yuxuları isə demək olar ki onları yanıltmır. Yuxular isə sevgi, karyera, sayahət və elm, hətta dünya miqyaslı məsələrlə bağlı olur.

Buğalar, Qızlar, Oğlaqlar
Buğalar yuxuda daha çox yemək və geyim, Qızlar kitablar və ya xırda əşyalar, Oğlaqlar isə tikililər və alətlər görür. Torpaq bürclərinin yuxuları daha çox real işlərlə bağlı olur və dəqiqlikləri ilə seçilir.
Etiketlər: yuxuları, bağlı, yuxular, yuxuda, sevgi, görən, bürclər, Balıqlar, bürcləri, Yuxular, əlaqəli, qədər, yuxulara, arasında, yetirməlidir, Tərəzilər, Dolçalar, hətta, konkret, bürclərinin
BİZİ İZLƏYİN