• Buğa bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 2 651

Tarix : 29-03-2018, 20:00

Bölmə : Bürclər


Torpaq ünsürü
Rəngi: çəhrayı, açıq mavi
Planet: Venera

Şəxsi xüsusiyyətləri:
Buğalar öz məqsədlərinə doğru irəlilədikcə, bütün diqqətlərini toplaya bilmək qabiliyyətləri ilə tanınırlar. Nəyə isə sahib olmaq onların yaşam həqiqətləridir. Fərdi əlaqələrində son dərəcə etibarlı olan buğalar, insanlara kömək etməyi xoşlayırlar. Onlar həyatları boyu hər zaman etibar axtarırlar və özlərini heç vaxt riskə atmırlar. Onların işlər və məqsədləri mövzusunda həddindən artıq səbirli olmaqları çox vaxt əraflarındakı insanları özündən çıxara bilir. Bütün bunlara baxmayaraq insanlar onları sevirlər. Hadisələrdə əsasən rahatlıqlarına fikir verirlər və öz zövqlərinə uyğun şəkildə təşkil etməyə çalışırlar. Həyatdakı istəklərini əldə etdikləri zaman, heç bir şərt onları başqa istiqamətlərə cəlb edə bilməz. Pulu rahatlıq əldə etmək üçün bir vasitə kimi görürlər. Maliyyə və investisiya məsələləri onların maraq dairəsinə aiddir. Bir Buğa üçün ən böyük dəyər əslində gözəllikdir. Gözəllik də sahib olunacaq deyil ancaq təqdir edilə biləcək bir şeydir.

Fiziki xüsusiyyətləri:
Qısa boylu, əsmər olurlar. İti baxışları var. Saçları sıx və qıvrım olur. Xüsusilə buğa bürcü xanımları cavan yaşlarda çox gözəl olmaqlarına baxmayaraq sonradan bir az çəki alıb qalın bədən quruluşuna sahib olurlar.
Etiketlər: sahib, buğalar, onların, zaman, olurlar, baxmayaraq, xüsusiyyətləri, onları, Maliyyə, investisiya, görürlər, vasitə, etmək, məsələləri, maraq, dəyər, əslində, böyük, aiddir, dairəsinə
BİZİ İZLƏYİN