• Şir bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 2 323

Tarix : 1-08-2018, 20:00

Bölmə : Bürclər


Od ünsürü
Rəngi: qızılı, narıncı, sarı
Planet: Günəş

Şəxsi xüsusiyyətləri:
Şir kraldır, liderdir. Başqalarının həyatını da onların adından qaydaya salmaq istəyirlər. Hər şeyə qarışırlar, qürurludurlar. Onları ifadəedən söz “idarə edirəm”dir. Hər zaman diqqət mərkəzində olmaq istəyirlər. Təşkilati gücləri çox yüksəkdir. Öz istədikləri şeyləri başqalarına da qəbul etdirmək onların həyatlarının olmazsa olmazıdır. Onlarla yaxşı vaxtlarında gülər üzlü, başqalarına kömək etməyi sevən və bunu özünə vəzifə kimi qəbul edən Şirlər sevimli və optimist insanlardır. Ona qarşı səhv hərəkət etsəniz belə sizə çox yetkin şəkildə reaksiya verərlər. Amma səbirləri daşarsa dürüst və mərd, lazım olanda sərt bir şəkildə reaksiya göstərərlər. Çətin günlərdə şansları onlara kömək edir. Onların planeti olan günəş ən qaranlıq günlərində belə şirləri aydınlığa çıxarır. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki, Şirlər özündən başqa hər şeyə gülməyi sevir.

Fiziki xüsusiyyətləri:
Şir bürcünün tipik fiziki xüsusiyyətləri: Boyları adətən uzun və sümükləri qalındır. Çiyinləri geniş, əzələləri inkişaf etmişdir. Açıq rəngli saçları, çəhrayı bəyaz dəriləri, böyük və yumru başları var. Gözləri yaxşı görür. Qadın Şirlər saçlarını çox sevirlər. Xarici görünüşlərinə çox önəm verdiklərindən onları həmişə baxımlı görə bilərsiniz. Getdikləri yerlərdə həmişə diqqət onların üzərində olur. Fiziki gözəlliyinin fərqində olmaqları onları daha qürurlu edir.
Etiketlər: Şirlər, diqqət, xüsusiyyətləri, onların, onları, reaksiya, başqalarına, istəyirlər, şəkildə, kömək, həmişə, qəbul, yaxşı, Fiziki, sevirlər, unutmayın, güldürün, bürcünün, Boyları, başqa
BİZİ İZLƏYİN