• Qız bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 2 618

Tarix : 11-08-2018, 20:00

Bölmə : Bürclər


Torpaq ünsürü
Rəngi: açıq sarı, açıq mavi, açıq firuzəyi
Planet: Merkuri

Şəxsi xüsusiyyətləri:
Onların idarə edici planetləri ilə əlaqədar olaraq hər zaman bilgi axtarırlar. Ağıllarını onlara kömək edən bir köməkçi kimi görürlər. Bu səbəbdən onları ifadə edən söz “incələyirəm”dir. Qızlar çalışqan və təcrübəli insanlardırlar. Onların həyatında ən vacib məsələ İşdir. Etibar etdikləri insanlara kömək etməyi sevdikləri kimi inanmadıqları və tənbəl olduğunu bildikləri insanlara qarşı soyuq davranırlar. Bütün həyatları boyu dincəlmədən işləyirlər. Onların istirahət etmə anlayışı belə başqalarına yorucu görünə bilər. Onlar sərhədlərini bilərək “yox” deməyi bacarırlar. İnsanlarla çox yaxın olmağı sevmədikləri üçün kənardan soyuq və məsafəli görünürlər. Onları bahalı restorana dəvət etməyin, çünki Qız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin. Qız bürclü insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir.

Fiziki xüsusiyyətləri:
Uzun boylu, incə, açıq çəhrayı dərili və ya əsmərdirlər. Saçları adətən tünd rəngil və uzun olur. Sağlam saçları var. Gözləri insanın nə düşündüyünü oxuyurmuş kimi baxdığından qısa vaxtda onun təsiri altında qalırsınız. Onları hər şeyi səliqəli, qanunlara əməl etməyi sevən formaları xarici görünüşlərinə də özünü göstərir. Onları əsla dağınıq və təsadüfi görə bilməzsiniz. Paltarları klassik, lakin təsir edicidir. Daim keyfiyyətli yaşamağı sevdiyi üçün, büdcələrini əks etdirən xoş paltarları istifadə edərlər, lakin şişirtməyə qaçmamaq şərtilə.
Etiketlər: Onları, etməyi, lakin, kömək, Onların, xüsusiyyətləri, soyuq, insanlara, bağışladığınız, kitab, xatirədir, sevdiyindən, mütaliə, kitabdır, Oxumağı, Fiziki, boylu, qaçmamaq, adətən, rəngil
BİZİ İZLƏYİN